Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Qara dəniz üzərində Türkiyə müxtəlif üstünlüklər qazanıb. İki ölkə arasında münasibətlərin normallaşmasına çalışan rəsmi Ankara, Qara dənizin ticarət vasitəçisinə çevrilib.
Türkiyənin iki ölkə arasında strategiyası necə olacaq?
Mövzu ilə bağlı Ednews-a danışan türkiyəli politoloq İsmayıl Cingöz Türkiyənin regionda sülhü və ticarəti qorumaq üçün tərəfsiz siyasət yürütdüyünü bildirib:
“Türkiyə Rusiya-Ukrayna müharibəsində son dərəcə tərəfsizlik göstərmiş və bunu indiyə qədər davam etdirmişdir. Türkiyə NATO ölkəsi olsa da, bu ölkələrlə birgə hərəkət etməyib öz siyasətini davam etdirdi. Hətta, bəzi Qərb dövlətləri Türkiyəni tutduğu mövqeyə görə qınaq obyektinə çevirib. Ukrayna və Rusiya arasında üçüncü tərəf kimi çıxış etdiyi üçün də Türkiyə beynəlxalq səviyyədə nüfuz qazanmışdır. Bundan başqa Taxıl Dəhlizi layihəsində də Türkiyə tərəf məhsula bir əməkdaş kimi çıxış edib. Türkiyə hər iki ölkəni taxıl məhsullarının təmin edilməsi məsələsində eyni masada oturtan Ankara özünün bu coğrafiyada nə qədər önəmli bir pozisiyada olduğunu sübut edib.
Ekspert qeyd edib ki, Qara dənizdə sülhün və iqtisadi münasibətlərin davam etməsi üçün Türkiyənin açar ölkə olduğu ortaya çıxıb. Buna görə də, Rusiya özünün qaz ixracatını Türkiyə üzərindən həyata keçirməyə başlamışdır. Bunu, Türkiyənin apardığı tərəfsiz siyasətin nəticəsi kimi qiymətləndirmək olar:
“Rusiya ilə münasibətlərin inkişaf etməsi, Türkiyənin Ukrayna ilə əlaqələrinin pozulduğu anlamına gəlmir. Türkiyənin hazıki siyasəti Qara daniz üzərində ticarətin davam etməsi və regionda stabilliyin qorunmasıdır. Buna görə də, gələcək dövrlərdə də Ankara bu iki ölkə arasında mediator rolunda çıxış edəcək.
Qara dənizin ticarət aktivliyinin müdafiə olunması əslində bir çox Yaxın Şərq və eləcə də Avropa dövlətlərini maraqlandırır.
Bu baxımdan, Türkiyə beynəlxalq səviyyədə bir çox dövlətlərin iqtisadi maraqlarını qorumaqdadır. Müharibədən sonra da Türkiyə Rusiya və Ukrayna arasında kilid ölkə rolunu oynamağa davam edəcək”.
Fərid Axund