"Aİ-nin hazırkı rəhbərliyi hakimiyyətdən uzaqlaşdırılmalıdır, əks halda Macarıstan və bütün Avropa İttifaqı yüksək qiymət ödəyəcək".
Ednews xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban məlumat verib. Onun sözlərinə görə, Avropanın ümumi vəziyyəti heç də ürəkaçan deyil:
"Avropa iqtisadiyyatı tənəzzülə uğrayır, buna görə yaşıl keçid fəlakətdir, Ukrayna taxılları Avropalı fermerləri məhv edir, miqrantlar sərhədlərdən rahatlıqla keçir, cinayət və zorakılıq artır, onlar (Aİ - nin hazırkı rəhbərliyi - Red.) uşaqları böyütmək və onları gender fəallarına çevirmək istəyirlər".
Macarıstanın baş naziri hazırki vəziyyətin yaxşılaşdırılması üçün öz təkliflərini irəli sürüb:
"Nə edə bilərik? Hər şeydən əvvəl, aydınlaşdıraq: əgər sizə verilən mandat zamanı özünüzü pis göstərmisinizsə, seçicilərinizə problem yaratmısınızsa, sizdən heç nə gözləmirlərsə, onda edə biləcəyiniz yalnız bir şey var: əşyalarınızı yığın və uzaqlaşın. Brüssel rəhbərliyi getməlidir.
Biz Brüsselə nəzarəti ələ almalıyıq, Brüssel bürokratlarını geri çəkməliyik və məsələləri öz əlimizə almalıyıq. Bunu etməsək, təkcə Avropa deyil, biz macarlar da Brüsseldəki liderlərin səriştəsizliyi və gücsüzlüyü səbəbindən yüksək qiymət ödəyəcəyik".
Fərid