“Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması regionda mövcud reallıqlara uyğundur”.
Ednews xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası üzrə danışıqları davam etdirirlər: “Bəzi məsələlər artıq razılaşdırılıb”.