Bu gün, aprelin 23-də Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə şifahi dinləmələr davam edir.
Ednews xəbər verir ki, aprelin 26-dək Beynəlxalq Ədalət Məhkəməsi hər iki tərəfin şikayətinə iki mərhələdə baxacaq.
Qeyd edək ki, bugün kürsü qarşısında Azərbaycan nümayəndəliyinin müdafiəsi baş tutacaq.
Xatırladaq ki, ötən gün keçirilən dinləmələrdə Ermənistan məhkəmədən Azərbaycanın irqi ayrı-seçkilik iddiasının rədd etməsini tələb edib.