“Bu hamıya aydındır ki, ən yaxşı investisiya hər zaman gənc nəsillərin təhsilidir. Bizim bununla bağlı beynəlxalq əməkdaşlarımızla xüsusi proqramlarımız var. Gəncləri beynəlxalq universitetlərdə və eləcə də Azərbaycanda keyfiyyətli təhsil alması barədə də xüsusi proqramlarımız var. Bu bizim prioritetimizdir”.
Ednews - un məlumatına görə bu fikirləri ölkə prezidenti ADA - da “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda , Fransanın Trocaderu Forum İnstitutunun prezidenti Elen Vasilina sualına cavabında bildirib.
“Gənclərin xaricdə təhsil alması və yerli potensialın artırılması üzrə bir çox işlər aparılır. Yəqin bilirsiniz ki, yaxın zamanlarda Azərbaycan-İtaliya universiteti üçün ayrı bina olacaq. Artıq uzun illərdir ki, bizim həm də Azərbaycan-Fransız universitetimiz fəaliyyət göstərir.
Azərbaycanın iqtisadi performansı dayanıqlı inkişaf və energetika proqramları ilə müsbət nəticələr göstərib. Artıq dünya Dördüncü İqtisadi İnqilab dövrünə girib və buna görə də böyük çətinliklərlə üzləşə bilərik. Buna görə də, biz gənc nəsillərin hazırda mövcud olmayan, lakin yaxın gələcəkdə həyatımızda önəmli yer alacaq peşələrə hazırlamağa çalışırıq”.
#youtube #azerbaycan #president