Ermənistanın Azərbaycana dörd kəndi qaytarması və Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması Cənubi Qafqazda iki ölkə arasında sülh müqaviləsinin əldə olunmasını sürətləndirə bilər. Azərbaycanın davamlı uğurları ölkənin daha hansı nailiyyətlər əldə etməsinə şərait yaradacaq?
Məsələ ilə bağlı Ednews-a açıqlama verən britaniyalı politoloq Neyl Uotson bundan sonra İran və Rusiyada anti-Azərbaycan fikirlərinin sonlanacağını bildirib:
“Hesab edirəm ki, Rusiya sülhməramlıları adlandırılan qüvvələrin regiondan çəkilməsinin bir neçə əhəmiyyəti var. Birincisi, bu onu göstərir ki, Rusiya nəhayət ki, Cənubi Qafqazı öz orbitində saxlamaqdan imtina edib. İlk dəfədir ki, Rusiya regionda dominant qüvvə deyil. Ermənistan öz mövqeyini Qərb tərəfə çevirdi və Azərbaycan özünün qısamüddətli müdafiəsi üçün Rusiyanın ekspansionist təfəkküründən istifadə etdi.
İkincisi, bu hadisə sülh danışılarının ikitərəfli baş verəcəyi anlamına gəlir. Ermənistanın Qərbə dəstək alması hal hazırda mənasızdır. Türkiyə və İsrailin dəstəklədiyi Azərbaycan regionda dominant olaraq qalır.
Üçüncüsü, Rusiyanın bölgədən çıxarılması İran-Rusiya alyansının anti-Azərbaycan siyasətini tarixin zibilliyinə atması deməkdir. Bundan başqa, Rusiya Ukrayna ilə, İranla isə İsraillə müharibə edərək kifayət qədər çətinliklərlə üzləşirlər. İkitərəfli sülhə nail olmaq da əsasən Azərbaycan üçün daha çox əhəmiyyətlidir. Dörd kəndin Azərbaycana qaytarılması da sülh müqaviləsinin tezləşdirilməsinə təkan verəcək”.
Fərid Axund