Allahverən İbiş oğlu İsmayılov 3 cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ednews xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Allahverən İsmayılov Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Qeyd edək ki, A.İsmayılov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavinidir, general-mayordur.