Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanlı həmkarı Sadır Japarovu COP29-a dəvət edib.
Ednews xatırladır ki, Qırğızıstan Prezidenti Azərbaycana rəsmi dövlət səfərinə gəlib.
Qeyd edək ki, sayca 29-cu olan COP (“Conference of the Parties”, yəni Tərəflərin Konfransı) postsovet məkanında ilk dəfə Azərbaycanda keçiriləcək.
Bundan əvvəlki tədbir - COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub.
COP29 bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacaq.