“Təcrübəmizə dayanaraq deyə bilərəm ki, 1994-cü ildə müharibə heç də dayanmadı. İşğal zamanı sərhəddə zaman-zaman qızğınlaşırdı. Nəhayət, biz torpaqlarımışı işğaldan azad etdik. Biz Ermənistan tərəfinə addım atmadıq, çünki bu bizə lazım deyildi”.
Ednews xəbər verir kİ, bu fikirləri ölkə prezidenti ADA - da “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda, ABŞ-da Uilson Sentrdə fəaliyyət göstərən professor Klaus Larresin sualına cavabında bildirib.
“Beynəlxalq təşkilatlar xüsusi müxanizmlər yaratsalar da, onların heç biri praktikada promlemlərimizi həll etmədi. Buna görə də biz problemimizi bu məsələni güc yolu ilə həll etdik.
Hazırda Azərbaycan Ukraynada dəyəri 30 milyondan çox olan humanitar fəaliyyət də aparır. Yeni infrastrukturlar yaradılır.
Təbii ki, Rusiya-Ukrayna müharibəsi tragediyadır. Bir-birinə çox axın olan iki millət bir-biri ilə müharibədədir. Rusiya bizim də qonşumuzdur və biz bu Moskva ilə uğurlu əməkdaşlıq münasibəti yarada bilmişik. Düşünürəm ki, Ukrayna da bunu edə bilərdi”.
Daha ətraflı videoda: