Qazaxıstanda Azərbaycanla Ermənistan arasında keçiriləcək görüşdən fərqli gözləntilər var. Delimitasiya və sülh mətni üzərində bu müstəvidə aparılacaq danışıqların effektivliyi təsirli olacaq?
Ednews xəbər verir ki, bu barədə "Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov bildirib ki, Qazaxıstan görüşünü və burada aparılacaq danışıqları platforma adlandırmaq tezdir:
"Çünki burada söhbət Xarici İşlər nazirləri arasındakı ilk görüşdən gedir. Bunun isə nə qədər davamlı olduğunu zaman göstərəcək. Amma öz-özlüyündə görüşün Qazaxıstanda keçirilməsi Azərbaycanın mövqeyinin nə qədər güclü olmasının göstəricisidir. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfərindən sonra Ermənistanda oldu. Tokayevin İrəvanda bir çox vacib məsələlərlə yanaşı Azərbaycanla Ermənistan arasında aparılacaq danışıqlarda vasitəçi olması təklif edildi. Bu, həmin razılaşmanın Azərbaycanla Qazaxıstan arasında əldə olunmuş razılığa əsaslandığını deməyə əsas verir".
Oğuz