Çinin baş katibi Si Tsinpin ölkəsinin iqtisadi artımının təhlükə altına düşməsindən narahat olduğu üçün Frnasa prezidenti Emmanuel Makronla görüşü zamanı Avropa ilə ticarət məsələlərini müzakirə edib.
Ednews Çin mediasına istinadən xəbər verir ki, Si Tsinpin Rusiyanı Ukrayna müharibəsinə görə tənqid etmədiyi üçün Qərb tərəfindən hədəf seçilmişdi. Bunun davam etməsi Pekinin Qərb tərəfindən iqtisadi sanksiyalara məruz qalması ilə nəticələnə bilər deyə Qərb ölkələrinə səfər edən Çinin lideri, iqtisadi məsələlərin çox həssas faktor olduğunu qeyd edib.
Potensial sanksiyalardan yayınmaq üçün münasibətləri stabilləşdirməyə çalışan Tsinpin Fransanın Çinin Avropaya "körpüsü" adlandırıb. Dünya iqtisadiyyatının gərginləşdiyi bir vaxtda Avropaya məhsul idxalını itirmək niyyətində olmayan Çin höküməti Fransaya Çindəki bəzi ticarət sahillərini açacağını açıqlayıb.
Fərid