İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür

Siyasət 14:18 09.05.2024

Qərbi Azərbaycan İcması Fransanın Ermənistandakı səfiri Olivier Dekotinin məsuliyyətsiz və destruktiv fikirlərinə etiraz edib.

 

İcmadan Ednews-a daxil olan bəyanatda bildirib ki, Fransanın Ermənistandakı səfiri, Azərbaycanofob Olivier Dekotini “Azadlıq” radiosunun erməni xidmətinə mayın 8-də verdiyi müsahibəsində bir daha məsuliyyətsiz və destruktiv bəyanatlar səsləndirərək, regiondakı vəziyyəti gərginləşdirməyə və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində müsbət dinamikanı pozmağa çalışıb.

 

"Azərbaycanın guya Ermənistan ərazilərini işğal atlında saxladığını və hücum niyyətində olduğunu iddia edən səfir yaxşı bilir ki, bütün bunlar Fransanın Cənubi Qafqaza soxulması, Ermənistana silah satışına haqq qazandırmaq üçün ortaya atdığı uydurmadır. Dekotininin Azərbaycanın Qarabağ bölgəsindən köçüb getmiş ermənilərin qayıdışı ilə bağlı beynəlxalq instansiyaların guya dəstəyinin olması ilə bağlı sərsəmləməsi ilə əlaqədar olaraq İcma ilk növbədə Fransanın Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə nümayiş etdirdiyi ayrı-seçkiliyini qınayır. Bundan əlavə, “beynəlxalq instansiyalar” təkcə İslamofob, korrupsioner Avropa Parlamenti deyil. “Beynəlxalq instansiyalar” həm də bu günlərdə keçirilmiş Bancul sammitində Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına qayıdışı barədə birmənalı qərar verən İslam Əməkdaşlıq Təşkilatı və ona üzv olan 57 ölkədir", - İcmanın bəyanatında qeyd olub.

 

Diqqətə çatdırılıb ki, Dekotinin Parisin məsləhətləşmə üçün geri çağırdığı və təkrar Bakıya geri göndərdiyi səfir Ann Buyonun harada olması barədə suala verdiyi cavab bütün diplomatik normalardan kənar, ucuz və cılız xarakter daşımaqla, onun şəxsən özünün və Fransanın destruktiv yanaşmasını ortaya qoyur:

 

"Faktiki olaraq Fransa siyasiləşmiş erməni kilsəsinin və “ruhaniləri”nin hazırda Ermənistanda apardıqları dini radikalizmini, revanşizmi və anti-sülh fəaliyyətini dəstəkləyir. Fransız səfirin “ermənidən çox erməni” olmaq istəyi, Azərbaycanın əleyhinə yersiz “atmacalar”ı, özünü “dövrün Taleyran”ı hesab etməsi acınacaqlıdır. Qərbi Azərbaycan İcması Fransandan destruktiv siyasətindən əl çəkməyi, regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edir”.

 

Qeyd edək ki, "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində Fransanın səfiri Azərbaycanı bölgədə aqressiv siyasət aparmaqda, guya Ermənistana təcavüz etməyi planlaşdırmaqda ittiham edib və bunun qarşısını almaq üçün Parisin İrəvana hərbi texnika və silah satacağını deyib.

Xocalıya qayıdacaq sakinlərə bu sürprizlər hazırlanır: Yeni kadrlar – VİDEO

Xəbər xətti

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrindən biri təmirə BAĞLANIR
15:52 20.05.2024
Ermənistan Azərbaycana inteqrasiya olunacaqsa...
15:30 20.05.2024
Latviya Prezidenti COP29-da İŞTİRAK EDƏCƏK
15:25 20.05.2024
Azərbaycanlı fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasına ÜZV SEÇİLİB
15:23 20.05.2024
Zəngilanda velosiped zolaqları yaradılacaq
15:14 20.05.2024
Xankəndiyə prokuror təyin olunan Rəşadət Orucov KİMDİR? – DOSYE
15:06 20.05.2024
Jurnalistika sahəsində HƏYƏCAN SİQNALI – Media nümayəndələri DANIŞIR – SORĞU
15:00 20.05.2024
Xankəndiyə prokuror TƏYİN EDİLDİ
14:54 20.05.2024
Rəisinin helikopteri necə qəzaya uğrayıb? - YENİ DETALLAR
14:50 20.05.2024
DİN-dən kart sahiblərinə XƏBƏRDARLIQ: "Qarşı tərəfə əlavə məlumatlar verməyin"
14:35 20.05.2024
Taksi qiymətləri artacaq? – RƏSMİ AÇIQLAMA
14:30 20.05.2024
Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb
14:27 20.05.2024
Türkiyənin ilk nüvə stansiyası! 2025-ci ildə tamamlanacaq
Türkiyənin ilk nüvə stansiyası! 2025-ci ildə tamamlanacaq
14:24 20.05.2024
İran səfiri helikopter qəzasının səbəbini AÇIQLADI
14:20 20.05.2024
Sədrəddin Soltan: “İran prezideninin ölümündə səbəbkarlar hakimiyyət nümayəndələridir”
Sədrəddin Soltan: “İran prezideninin ölümündə səbəbkarlar hakimiyyət nümayəndələridir”
14:00 20.05.2024
Bu ölkədə Rəisiyə görə matəm elan edildi
13:50 20.05.2024
Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı verib
13:41 20.05.2024
İşğaldan azad olunmuş ərazilərdə daha 35 mina AŞKARLANDI
13:38 20.05.2024
SON DƏQİQƏ! Məşhur aktyor vəfat etdi
13:31 20.05.2024
İbrahim Rəisinin dəfn mərasimi bu tarixdə keçiriləcək
13:23 20.05.2024
Sahibə Qafarova iranlı həmkarına başsağlığı verdi
Sahibə Qafarova iranlı həmkarına başsağlığı verdi
13:15 20.05.2024
Zakir Həsənov iranlı generala başsağlığı verdi
12:55 20.05.2024
İranın xarici işlər nazirini bu şəxs əvəz edəcək
12:50 20.05.2024
Xocalıya qayıdacaq sakinlərə bu sürprizlər hazırlanır: Yeni kadrlar – VİDEO
12:45 20.05.2024
Bakıda bəzi parklanma sahələri ləğv edilir - RƏSMİ
12:38 20.05.2024
İran prezidenti İbrahim Rəisi kimdir? - DOSYE
12:28 20.05.2024
İbrahim Rəisinin dəfn mərasimi sabah Təbrizdə keçiriləcək
12:23 20.05.2024
Putin də İrana başsağlığı verdi
12:02 20.05.2024
Ərdoğan İrana başsağlığı verdi
11:53 20.05.2024
İran liderinin qəfil ölümü Tehran siyasətində hansı dəyişikliklərə səbəb olacaq? - Güneyli politoloq AÇIQLAYIR
11:50 20.05.2024
Fransa prezidenti Yeni Kaledoniyadakı etirazlarla bağlı İCLAS KEÇİRƏCƏK
Fransa prezidenti Yeni Kaledoniyadakı etirazlarla bağlı İCLAS KEÇİRƏCƏK
11:42 20.05.2024
DİQQƏT! Cavanşir körpüsünün sökülməsi ilə bağlı yol BAĞLANACAQ
11:35 20.05.2024
Kral Çarlzın ilk portretinin niyə qırmızı olduğu məlum olub
Kral Çarlzın ilk portretinin niyə qırmızı olduğu məlum olub
11:30 20.05.2024
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik etdi
11:26 20.05.2024
Məhəmməd Məhərrəmli yüksək vəzifəyə TƏYİN OLUNDU
11:25 20.05.2024
İranı bundan sonra nə gözləyir? - GİZLİ MƏQAMLAR
11:20 20.05.2024
Cef Bezosun şirkəti nəhayət uğurlu oldu
Cef Bezosun şirkəti nəhayət uğurlu oldu
11:15 20.05.2024
İranda milli matəm elan olundu
11:12 20.05.2024
Böyük Britaniya Cəbəllütariqi itirə bilər?
Böyük Britaniya Cəbəllütariqi itirə bilər?
11:05 20.05.2024
İranın Azərbaycandakı səfirliyində bayraq endirildi
10:58 20.05.2024
Hamısı