BMT Uşaq Fondunun və BAMF-ın rəsmiləri Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsi çərçivəsində regionlara səfər edib

Siyasət 15:42 25.11.2016

BMT Uşaq Fondu və onun yerli tərəfdaşı Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəsmiləri Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsi çərçivəsində Goranboy, Tərtər və Bərdə rayonlarının İcra hakmiyyəti başçıları ilə mühüm görüşlər keçirib.

"Eurasia Diary"yə verilən məlumata görə, görüşdə BMT Uşaq Fondunun yeniyetmə və gənclərin işləri üzrə mütəxəssisləri xanım Aida Aylarova və Natiq Umarov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, fondun əməkdaşı və Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsinin koordinatoru Qiyas Abasov iştirak edib.

Səfərin məqsədi Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsi çərçivəsində yaradılan Yeniyetmə və Gənclərdən İbarət Məşvərət Şuraları ilə İcra hakimiyyətləri arasında qarşılıqlı əməkdaşlıq və birgə layihələrin növbəti il üçün icra hakmiyyətlərinin fəaliyyət planına əlavə olunması idi. Görüşlərdə Goranboy rayon İcra hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev, Tərtər rayon İcra hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov və Bərdə rayon İcra hakmiyyətinin başçısı cənab Vidadi İsayev və İcra hakimiyyəti aparatlarının digər rəsmi şəxsləri, Yeniyetmə və Gənclərdən ibarət Məşvərət Şuralarının üzvləri iştirak etdilər.

Görüş çərçivəsində iştirakçılara Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsi haqqında məlumat verən BAMF sədri Umud Mirzəyev və BMT Uşaq Fondunun rəsmisi Aida Aylarova layihə çərçivəsində seçilən rayonların cəbhə xəttinə yaxın rayonlar olmasının heç də təsadüfi olmadığını qeyd etdilər. Layihə çərçivəsində həmin rayonların cəbhə xəttinə yaxın olan yaşayış məntəqələrində yaşayan yeniyetmə və gəncləri fövqəladə hallarla bağlı psixoloji hazırlıq, mina təhülkəsizliyi kimi təlimlərə cəlb olunacaq. BMT Uşaq Fondunun rəsmisi Aida Aylarova BMT-nin Uşaq Hüquqları Konvensiyası haqqında iştirakçılara məlumat verdi və bu konvensiyaya qoşulan ölkələrdən birinin də Azərbaycan olduğunu qeyd etdi. Azərbaycan hökuməti və yerli icra hakmiyyəti orqanlarının bu cür layihələrə dəstək olmaları və qoşulmalarının, həmin konvensiyada qeyd olunan uşaqların cəmiyyətdə fəal iştirak etmək və eşidilə bilmək hüquqlarının təmin olunması istiqamətində önəmli addım olduğu, yerli icra hakimiyyətləri tərəfindən edilən bu cür təşəbbüslərin və bu təcrübənin dünya ölkələrinə model olaraq təqdim olunmasının vacibliyini qeyd etdi. Bundan başqa Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı yeni iqtisadi modelinin gənclərə investisiyaların qoyulması olduğu və bu qoyulan investisiyaların böyük gəlirlər gətirdiyi vurğulandı. Layihə çərçvisində İcra hakmiyyətləri ilə on minlərlə region gəncinin içindən seçilmiş  Məşvərət Şurası üzvlərinin birgə həyata keçirəcəyi fəaliyyətlərin cəbhəyanı rayonların inkişafına müsbət təsiri olacağı İcra hakimiyyəti başçıları tərəfindən qeyd olundu. Bu cür layihələrin regionlarda ixtisaslı kadrların yetişdirilməsi və istedadlı gənclərin üzə çıxarılması istiqamətində mühüm addım olduğu və bu layihənin model olaraq dövlət səviyyəsində digər rayonlarda da həyata keçirilməsinin gözəl nəticələrə səbəb ola biləcəyi görüş sırasında vurğulandı. Görüş çərçivəsində Tərtər, Bərdə və Goranboy rayonlarının gənclərinin içindən seçilmiş üç fəal gənc layihənin regionlar üzrə koordinatoru təyin olundu və onlarla əməkdaşlıq haqda müqavilə imzalandı. Görüş sonunda Məşvərət Şuraları ilə birgə fəaliyyətlərin Goranboy, Tərtər və Bərdə rayonlarının növbəti il üçün illik fəaliyyət planına salınması ilə bağlı razılıq əldə olundu. 

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı