Nikah mərasimində üztanıma texnologiyası | Eurasia Diary - ednews.net

19 İyul, Cümə axşamı


Nikah mərasimində üztanıma texnologiyası

Elm və texnologiya

A- A A+

Hazırda dünyanın hər yerində üzün tanınması texnologiyası cinayətkarların axtarışında istifadə edilsə də, yaxın gələcəkdə bu sistem nikaha girmək istəyən cütlüklər üçün də istifadə ediləcək.

Çində sözügedən texnologiyanın kəbin kəsmə mərasimi zamanı istifadə edilməsi planlaşdırılır. Layihə ölkənin qabaqcıl texnologiya şirkətlərindən biri tərəfindən hazırlanıb.

Çinlilər düşünürlər ki, bu saxta sənədlərlə insanları aldadan insanların aşkarlanmasına kömək edəcək. Yeni layihənin ölkənin Çunsin şəhərinin VVAQ-da (Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi) tətbiq ediləcəyi gözlənilir.

Çində nikahın rəsmiləşdirilməsi üçün şəxsiyyət vəsiqələrindən başqa bir çox sənədlər də tələb edilir ki, bütün bunları qısa zamanda təqdim etmək üçün texnologiyanın tətbiqi önəmlidir. Bu qeydiyyat prosedurunu xeyli asanlaşdıracaq.

Sifətin tanınması sistemi cəmi 0,3 saniyədə lazımı sənədləri təqdim edir. Sistem əkizləri ayırd edə bilməklə yanaşı, plastik əməliyyat vasitəsilə üzdə gedən dəyişiklikləri də müəyyən edə bilir.(publika)

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...