Blokçeyn texnologiyalarından istifadə edən vətəndaşlar üçün Avropa və Mərkəzi Asiya ölkələrində daha yaxşı imkan və xidmətlər təmin oluna bilər

Elm və texnologiya 12:30 08.05.2018
TBILISI – 8 may 2018-ci il – 2017-ci ildə 2,7 faizlik artıma nail olmaqla Avropa və Mərkəzi Asiya regionundakı ölkələr iqtisadi artım göstəricilərinə görə zirvəyə çatmış və onların 2018-ci ildə 2,3 faiz iqtisadi artıma nail olacağı gözlənilir.  Bütün bunların əsasında region ölkələri xidmətlərin göstərilməsi sahəsində innovasiyalara təşəbbüs etmək və onları təkmilləşdirmək üçün yeni texnoloji üstünlüklərdən bəhrələnməlidir – Dünya Bankının Kriptovalyutalar və Blokçeyn texnologiyaları: Avropa və Mərkəzi Asiya Regionu üzrə İqtisadi Məruzə (Cryptocurrencies and Blockchain: Europe and Central Asia Economic Update) adlı yeni hesabatında belə qeyd olunur. 
Regionda  siyasəti formalaşdıran şəxslər yeni texnologiyalarla bağlı tam potensialın ortaya çıxarılması ilə bu sahədə ajiotajın arasında tarazlığın yaradılması üçün səy göstərməli olacaq. Eyni zamanda, həyata keçirilən siyasət, həmçinin əmək və məhsul bazarlarında artan çevikliyə uyğunlaşmaq üçün vətəndaşları dəstəkləməlidir.   
 
Meydana çıxan yeni texnologiyalar dalğası arasında blokçeyni – etibarlı vasitəçi olmadan bir şəxsdən digər şəxsə tranzaksiya və məlumat axınının ötürülməsinə imkan verən rəqəmsal texnologiyalar – qeyd etmək olar.  Blokçeyn texnologiyalarının ilk proqram təminatları kriptovalyutalar olmuşdur, bunlar mərkəzi banklar olmadan rəqəmsal pul formalaşdırır və maliyyə institutları olmadan ödənişlərin həyata keçirilməsini dəstəkləyir. 
 
“Avropa və Mərkəzi Asiyanın bir sıra ölkələrində kriptovalyutalar və blokçeyn texnologiyalarının formalaşdırılması üçün səmərəli zəminin mövcud olduğu sübut olunmuşdur” – Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə Baş İqtisadçısı Hans Timmer Tbilisidə hesabatın təqdimatında belə deyib. “Gürcüstanda, misal üçün,  kriptovalyutaların mayninqi təəccüb doğuracaq dərəcədə geniş yayılmışdır, bu da əsasən vergidən azad olunma və elektrik enerjisi tariflərinin aşağı olmasından qaynaqlanır. Gələcəkdə hökumət tərəfindən maliyyə nəzarətinin və istehlakçıların müdafiəsinin təmin olunması vacibdir.”
 
Bu gün çoxmilyardlıq sənaye olan kriptovalyutalar geniş miqyasda müxtəlif fikirlər doğurmaqda davam edir – hesabatda belə deyilir. Kriptovalyuta məzənnələrinin həddən artıq volatilliyi onların qanuni ödəniş vasitəsi kimi həyat qabiliyyətli olmasına şübhə yaradır, eyni zamanda kriptovalyutaların mayninqi ilə bağlı yüksək elektrik enerjisi xərcləri narahatlıq doğuran səbəblərdəndir.  
 
Lakin kriptovalyutaların kökündə dayanan blokçeyn texnologiyası daha geniş qəbul olunmaqdadır, regionda bir sıra ölkələr ictimai xidmətlərin göstərilməsini daha təhlükəsiz, şəffaf və səmərəli etmək üçün bu xidmətləri rəqəmsallaşdırmaq və otpimallaşdırmaq məqsədilə təcrübədən keçirir. 
 
Misal üçün Ukrayna, Estoniya və Gürcüstanda hökumət blokçeyn texnologiyasından torpaq və daşınmaz əmlak qeydiyyatının həyata keçirilməsində istifadə edir. Azərbaycanda bank sektorunda rəqəmsal identifikasiya sahəsində eksperimentlər aparır, Litva isə startapları təşviq etmək üçün blokçeyn mərkəzini təsis etmişdir.  İsveçrə blokçeyn mərkəzi olmaq niyyətindədir və tənzimləmə bazasının bu texnologiyalara uyğunlaşdırılması sahəsində qabaqcıl ölkələrdəndir. 
 
“Blokçeyn texnologiyaları özəl maliyyə sektorları üçün rəqabətli təzyiqləri meydana çıxarır, eyni zamanda hökumətlərin daxilində yaradıcı ideya və yanaşmaları formalaşdırır” – cənab Timmer əlavə etmişdir. “Həmçinin, bu texnologiyalar ölkələr üçün siyasətlə bağlı müxtəlif çağırışları ortaya çıxarmışdır”.    
 
Bəzi əsas çağırışlara maliyyə nəzarətinin təmin olunması və çirkli pulların yuyulması, vergidən yayınma və qeyri-qanuni tranzaksiyalarla mübarizə aiddir. Bununla yanaşı, ölkələr kriptovalyutaların mayninqində elektrik enerjisindən kütləvi həcmdə istifadənin qarşısnı almalı, eyni zamanda blokçeyn texnologiyaları sahəsində ixtisaslaşan startap şirkətlərini nə dərəcədə dəstəkləməli olduqlarını müəyyən etməlidirlər. 
Hesabatda gəlinən nəticəyə görə iqtisadi artım Avropa və Mərkəzi Asiya regionunda güclü olmuş, son on ildə ən yüksək iqtisadi artım müşahidə olunmuş və xüsusilə, bu, Mərkəzi Avropa və Türkiyədə güclü olmuşdur. Lakin işsizliyin azalması və inflyasiyanın artması regionda iqtisadi artımın  inkişafı ləngiyə biləcəyi ehtimalını nümayiş etdirir.  
 
İqtisadi yüksəliş dövründə regionda bir çox ölkələr ixracatını artırmış və fiskal kəsrlərini azaltmışdır. Bu, tsiklik təziyqlər meydana çıxacağı təqdirdə onların yumşaldılmasına imkan verəcək. Lakin gələcəkdə maliyyə şərtlərinin qlobal səviyyədə sərtləşməsi və proteksionizmə doğru tendensiyaların artması ilə regionda əlavə çağırışlar meydana çıxacaq.  
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı