Avstraliyalı astrofiziklər yeni təhlükəli qara dəlik aşkar ediblər.
Nəhəng qara dəlik Cənubi Balıq bürcündə yerləşir.
Tədqiqatçı Kristian Volfun sözlərinə görə, bu qara dəlik bizim Günəş sistemimizi cəmi 2 günə uda bilər: “Həmin qara dəlik o qədər sürətlə böyüyür ki, yerləşdiyi qalaktikadan belə, min dəfə daha çox parıldayır. Əgər o Süd yolu qalaktikasında yerləşsəydi, Aydan 10 dəfə daha parlaq olar və öz işığı ilə bütün ulduzları kölgədə qoyardı”.