“Facebook” şirkətinin 3 milyard dollarlıq səhmlərinə sahib iri səhmdarları Mark Zukerberqin sədr postundan və şirkətdə hakimiyyətdən məhrum etmək niyyətindədirlər.
Səhmdarlar Markın sosial şəbəkəyə rəhbərliyindən narazıdırlar. Onların sözlərinə görə, 2012-ci ildən bu yana hələ bu qədər müflisləşməmişdilər. ABŞ-da keçirilən seçkilərlə bağlı qalmaqal, məlumat oğurlanması, “Cambridge Analytica” şirkəti ilə qalmaqal səhmdarların məyusluğunu daha da artırıb.
Narazı investorlar bu problemləri “Facebook” idarəetmə üsulu ilə əlaqələndirirlər. Onların fikrinə görə, bütün problemlərə lazımi reaksiya verilməyib. Çünki şirkətin korporativ strukturu Mark Zukerberqi icraçı direktor və idarə heyətinin sədri kimi toxunulmaz edir.
İnvestorlar açıq şəkildə Zukerberqin istefasını tələb edirlər. Onun yerinə isə müstəqil icraçı direktor təyin edilməlidir.