Xaricdən mobil telefon gətirməyə qoyulan yasağın səbəbi

Elm və texnologiya 12:04 10.07.2018

Ekspert: “Atılan addımlar ölkədə mobil telefonun bahalaşmasına səbəb olacaq”

Son zamanlar Azərbaycanda internet saytlarında, sosial şəbəkələrdə mağazalardan daha ucuz qiymətə mobil telefonlar satılır. Bu mobil telefonlar mağazada satılandan təxminən 100 manat ucuz olur.

Lakin həmin telefonlarda hər hansı bir problem yarandığı zaman alıcı çətin vəziyyətdə qalır. Çünki bu mobil telefonlara əksər hallarda zəmanət verilmir. Alıcı internetdə elanı görüb telefon satıcısı ilə əlaqə saxladıqdan sonra tərəflər şəhərdə müəyyən etdikləri yerdə görüşürlər və alıcı nağd formada pulunu verib, telefonu alır. Alıcı telefonu aldıqdan sonra hər hansı bir poçta gedib, 5 manat məbləğində rüsum ödəməklə “İMEA” kodunu qeydiyyata aldırır. Bundan sonra həmin mobil cihazı ölkə ərazisində işlədə bilir. 

Bu günlərdə Dövlət Gömrük Komitəsi məsələ ilə bağlı məlumat yayaraq bildirdi ki, komitə tərəfindən xarici ölkələrdən sifariş edilən mobil telefonlarla bağlı aparılan araşdırma nəticəsində mövcud gömrük və vergi qanunvericiliyinin ciddi şəkildə pozulması halları müəyyən edilib.

 Qeyd edilib ki, asan yolla qazanc əldə etmək istəyən bəzi şəxslər xarici ölkələrdə təsis etdikləri onlayn ticarət portalları vasitəsilə Azərbaycan Respublikası vətəndaşlarının adına mobil telefonlar göndərir. Ölkə ərazisinə gətirilən həmin telefonların daha sonra topdan və ya pərakəndə satışını təşkil edirlər:

“Aparılan araşdırma zamanı o da müəyyən edilib ki, bir çox hallarda sənədlərdə adıçəkilən şəxslər faktiki olaraq sifarişlərdən xəbərsizdir.

Üstəlik, gömrük orqanlarına təqdim olunan bəyannamələrdəki rəqəmlərin sifarişçinin bank hesabındakı rəqəmlərdən dəfələrlə aşağı olduğu aşkar edilib ki, bunun da məqsədi gömrük vergi və rüsumlarından yayınmaqdır.

Digər tərəfdən, gömrük orqanına təqdim olunan bəyannamələrdə malların tərkibi də düzgün göstərilmir.

Qeyd edək ki, son bir ayda poçt göndərişləri vasitəsilə ölkə ərazisinə 30 minə qədər mobil telefon gətirilib ki, bunun da 25 mini Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən göndərilib.

Komitənin məlumatında qeyd edilib ki, hazırda gömrük orqanları tərəfindən aparılan araşdırmalar davam etdirilir və araşdırmaların sonunda gömrük qanunvericiliyinin tələblərini kobud surətdə pozan hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunacaq.

Natiq Cəfərli ile ilgili görsel sonucu

İqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bu kimi hallar ölkədə mobil telefonların qiymətinin bahalaşmasına yol aça bilər:

“Azərbaycanda telefon  istehsalı yoxdur ki, bazara bu qədər həssas yanaşıb daxili bazarı qorumağa çalışırlar. Hər hansı bir insan öz adına və ya başqasının adına bir-iki telefon gətirirsə, bu, Azərbaycan iqtisadiyyatına nə qədər ziyan vura bilər ki? Əgər ölkədə telefon istehsalı olsaydı, yerli istehsalçını dəstəkləmək, kömək olmaq üçün belə addımı atmaq olardı. Dünyada nə qədər bəyənilməsə də Trampın gömrük rüsumlarının qaldırılması ilə bağlı atdığı addım daxili istehsalçının qorunmasına hesablanıb. Bu, onun bəyanatında da qeyd edilib. Yəni qloballaşma dövründə belə bir addımın qeyri-rasional olduğunu qəbul etsəm də, hər halda, məntiqi var. Azərbaycanda hansı telefon istehsalçısı var ki, Gömrük Komitəsi onu qorumaq üçün belə bir əziyyət çəkir.  Necə müəyyənləşdirəcək ki, kimlər bunu satış, kimlər isə şəxsi istifadə üçün sifariş verib. Burada bir çox suallar çıxır. Ancaq məlum olan budur ki, Gömrük Komitəsi gömrüyün fəlsəfəsini bu günə qədər də çözə bilməyib. Ölkəyə gətirilən telefonların hamısını bu cür qaydada gömrük rüsumuna cəlb etsələr, ölkədə telefonun qiyməti bahalaşacaq. Gömrük və vergi rüsumu artımının son ödəyicisi vətəndaşdır. Çünki heç bir iş adamı öz ziyanına satış həyata keçirmir. Nə qədər çox xərci çıxırsa, o qədər də malın üzərinə pul qoyur. Nəticədə vətəndaş xərcə düşür. Bu baxımdan atılan addımların məntiqi aydın deyil”.

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Azərbaycan İranın ən çox motosiklet ixrac etdiyi ölkələr arasında YER alıb
17:00 20.04.2024
Enerji səmərəliliyi üzrə yol xəritəsi hazırlanır
16:40 20.04.2024
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
Hamısı