Dünyanın məşhur video və foto paylaşım şəbəkəsi İnstaqram istifadəçilərinə daha bir yenilik təqdim edib.
İnstaqram "Hekayə" bölməsinə "Mənə sual ver" funksiyasını əlavə edib. Siz dostlarınıza sualınızı verəcəksiniz, onlar da cavab vermək istədiklərində sualın üzərinə toxunmaqla cavablayacaq və bu mesaj birbaşa "Direkt"ə gedəcək.
Qısa müddət əvvəl istifadəyə verilməsinə baxmayaraq artıq bu funksiya istifadəçilər tərəfindən rəğbətlə qarşılanıb.