Hazırda "Apple" dünyanın ən bahalı şirkətidir.
Mirror xəbər verir ki, "Apple" dünyanın ilk trilyon dollarlıq şirkətinə çevrilib.
Şirkət bildirib ki, maliyyə hesablamaları nəticələri gözlədiklərindən yaxşı çıxıb.
"Hələ son deyil. 1 trilyardı da keçəcək. Bu rəqəmlər "Apple" şirkətinin son onilliklərdə nə qədər inkişaf etdiyinin, gücləndiyinin göstəricisidir", - deyə Dan Ives CNBC-yə söyləyib. O, bildirib ki, şirkət gəlirlərin çoxunu iPhone smartfonları sayəsində əldə edib.
Qeyd edək ki, bu həftənin ikinci günündə aparılan hesablamalara görə şirkətin kapitallaşması 950 milyard idi. (Milli.Az)