"Alfred Nobel “Mesenat” olmaqla yanaşı həm də, ixtiraçı idi. Onun aparıcı elm sahələrinə verdiyi dəyər "Vəsiyyətnamə"sindən də görsənir. Məşhur sənəddə Riyaziyyatçıları ona görə nəzərdə tutmayıb ki, riyaziyyatın düsturları özündə praktik nəticə vermir". Bunu təhsil üzrə ekspert Etibar Əliyev deyib.
Həmin düsturlar təbiət və texniki elmlərdə daha çox tətbiqini tapır. Eynşteynin, Landaunun, Şredingerin, Əbdüs Salamın, Əhməd Zevaylın və digər alimlərin kəşflərindəki riyazi düsturlar buna əyani sübutdur.
Tarix göstərdi ki, Alfred Nobel haqlıdır. 1936-cı ildə təsis olunmuş "Filds mükafatı" Nobel mükafatı qədər nüfuzludur və laureata verilən məbləğ Nobel mükafatının məbləği qədərdir”.