Feysbuk şirkətinin tərkibində olan WhatsApp-da yalan məlumatların yayılmasını qarşısını almaq üçün tədbirlər görüldüyü vaxtda yeni bir boşluq aşkarlanıb. Belə ki, hakerlər WhatsApp istifadəçiləri adından dost siyahılarında olan insanlara mesaj göndərə bilər.
Eurasia Diary xəbər verir ki, sosial şəbəkədəki bu boşluq istifadəçilərin narahatlığına səbəb olub.
ÇekPoint tərəfində aşkarlanan bu boşluq mesajlara müdaxilə edilməsi və ya içərisində dəyişiklik edilməsi kimi problem gündəmə gətirib. Yəni hər hansı haker istədiyi insanın WhatsApp hesabına daxil olub onun mesajlarına müdaxilə edə bilər. Təhlükəsizlik mütəxəssisləri bu problem dünyanı yalan xəbərlərin yayılması təhlükəsi ilə üz-üzə qoyur.