Bütün dünyadakı banklara məxsus ATM-lər kiberhücuma məruz qala bilər.
Bu barədə ABŞ Federal Tədqiqatlar Bürosu (FTB) məlumat yayıb.
Kibertəhlükəsizlik mütəxəssisi Brian Krebsin əldə etdiyi sənəddə də cinayətkarların kiberhücum edərək, bir neçə saat ərzində bütün dünyadakı ATM-lərdən dollarları oğurlamağı planlaşdırdığı qeyd olunub.
FTB həmçinin, bir sıra banklara ehtiyyatlı olmaları barədə xəbərdarlıq edib. Təhlükəsizlik qaydalarına əməl etməyən banklarda bu riskin daha yüksək olduğu bildirilib.
Qeyd edək ki, 2009-cu ildə kiberhucüm vasitəsilə dünyanın müxtəlif yerlərindəki ATM-lərdən təxminən 9 milyon dollar oğurlanıb.