Çinin “Alibaba” şirkətinin sahibi Cek Ma təqaüdə çıxmaq qərarına gəlib.
Bu barədə “Nyu York Tayms”məlumat yayıb.
Onun sentyabrın 10-da istefaya gedəcəyi vurğulanıb. Cek Manın təqaüddə olduğu dönəmdə ingilis dilində təhsil verəcəyi bildirilib.
Qeyd edək ki, Cek Ma Çinin ən zəngin insanlarından biridir. Onun sərvəti 40 milyard dollara çatır.