Çin pilotsuz metro qatarı təqdim edir - daha yüngül, daha qənaətcil | Eurasia Diary - ednews.net

24 Oktyabr, Çərşənbə


Çin pilotsuz metro qatarı təqdim edir - daha yüngül, daha qənaətcil

Elm və texnologiya A- A A+

Çinin "CRRC Changchun Railway Vehicles" dəmir yolu istehsalçısı metropoliten üçün yeni pilotsuz qatar təqdim edib.

Yeni nəsil qatar enerji tələbatı xərclərini 15 faiz azaltmağa imkan verir.

Şirkətin texniki mütəxəssisi Van Çjunhaya "Sinhua" agentliyinə bildirib ki, karbon lifdən hazırlanan qatar adi metro vaqonlarından 15 faiz yüngül olduğu üçün enerjidən istifadəni 15 azaltmaq mümkün olacaq.

O, həmçinin bildirib ki, qatar bütün əməliyyatları hərəkət zamanı avtomatik həyata keçirməyə imkan verən pilotsuz idarəetmə sistemi ilə təchiz olunub.(trend)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...