"Azərbaycan dilinin orfoqrafiya qaydaları üçün əsas prinsip azərbaycançılıq təlimidir" İsa Həbibbəyli

Elm və texnologiya 10:45 13.09.2018

Azərbaycan dilinin Orfoqrafiya qaydalarına nəzərdə tutulan dəyişikliklərlə əlaqədar yekun iclasın keçirilməməsi yalnız Orfoqrafiya Komissiyası üzvlərinin iyun-avqust aylarında yay tətilində olması ilə əlaqədardır. Artıq Komissiya üzvlərinin əksəriyyəti iş başındadır. Bu günlərdə Orfoqrafiya Komissiyasının iclasında Orfoqrafiya qaydaları müzakirəyə çıxarılacaq və bu məsələyə yekun vurulacaqdır. Ona görə də hələlik qaydalarla əlaqədar komissiya iclasının keçirilmədiyi, müzakirələrin aparılmadığı və hər hansı bir qərarın qəbul edilmədiyi halda mətbuat vasitəsilə cəmiyyətdə bu barədə ajotaj xarakterli rəylər yaratmaq, narahatlıq ifadə etmək halları  obyektiv reallıqları ifadə etmir, bəzi hallarda hətta təzyiq kimi səslənir.

Azərbaycan Respublikası Dövlət Dil Komissiyasına edilmiş müraciətdə ifadə olunan fikirlər, irəli sürülən təfliklər Orfoqrafiya Komissiyasında ölkəmizin nüfuzlu dilçi alimləri tərəfindən diqqətlə nəzərdən keçiriləcək və qərarların qəbul edilməsi zamanı ictimai rəy də əsas arqumentlərdən biri  kimi nəzərə alınacaqdır. Çünki Orfoqrafiya Komissiyasında yaxşı başa düşülür ki, Azərbaycan dili təkcə elm adamlarının, yaxud dilçi alimlərin yox, bütövlükdə Azərbaycan xalqının milli sərvətidir. Müraciətdə bir neçə dəfə «xüsusilə 37-ci maddə» formatında vurğulanmış mülahizələrdəki narahatlığın səbəbləri bəlli olsa da, ümumiyyətlə  «Qaydalar»dakı bəzi müddəalarının hələlik vaxtı çatmamış və ya Azərbaycan dilinin qrammatikasında ikili münasibət doğuran hallar kimi nəzərdən keçirilməsi tələb olunur.

Dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan dilinin Orfoqrafiya qaydaları üçün əsas prinsip – azərbaycançılıq təlimidir. «Azərbaycan dilinin orfoqrafiya qaydaları» adlanan layihədə başqa meyllər axtarmaq tam məntiqsizdir, süni şəkildə çaşqınlıq yaratmaq məqsədi daşıyır.

Bütövlükdə 2018-ci ildə  Orfoqrafiya qaydaları ətrafında aparılmış səkkiz aydan çox davam edən müzakirələr geniş mənada ictimai və humanitar elmlərin, xüsusən də dilçilik elminin inkişafı üçün faydalıdır. Elm tariximizdə bu qədər aktiv, ardıcıl, cəmiyyətin ən müxtəlif təbəqələrinin yaxından iştirak etdiyi müzakirələr nadir hallarda baş vermişdir. Bu, müstəqillik qazanmış ölkəmizdə dövlət dilinə – ana dilinə olan böyük marağın, milli təəssübkeşliyin, vətəndaşlıq missiyasının aydın təzahürüdür. Orfoqrafiya Komissiyası qarşısında duran vəzifənin məsuliyyətini dərindən başa düşür, bu məsul işlə əlaqədar fikir və mülahizələrini bildirmiş bütün şəxslərə dərin hörmət və ehtiramını bildirir.  Heç şübhə ola bilməz ki, qəbul ediləcək qərarlar da ilk növbədə Azərbaycan xalqının milli mənafeyinə və dövlətçilik maraqlarına,  eyni zamanda ictimai rəydəki narahatlığın aradan qaldırılmasına və dilçilik elminin inkişafına xidmət edəcəkdir.

 

İsa Həbibbəyli

Azərbaycan Milli Elmlər Akademiyasının

Ofoqrafiya Komissiyasının sədr müavini,

AMEA-nın vitse-prezidenti, akademik

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Hamısı