Dünyanın ən böyük şirkətindən olan Amazon şirkətinin təsisçisi Jeff Bezos evsizlərə 2 milyard dollar yardım göstərəcəyini və aztəminatlı ailələrə məktəbəqədər təhsildə dəstək verəcəyini söyləyib.
Eurasia Diary xəbər verir ki, dünyanın ən zəngin iş adamı Ceff Bezosun sərvəti Amazonda artan payının təsiri nəticəsində 160 milyard dollara çatıb.
Bezos ötən il də sərvətini xeyriyyəçilik məqsədilə bağışlayacağını açıqlamışdı. Eyni zamanda, xərçənglə bağlı araşdırmalar aparan təşkilatlara kömək edən Amerika iş adamları miqrantlara da dəstək verməyə davam edirlər.
Yoxsul əhaliyə yardım məqsədilə yaradılan fond evsizləri ərzaq və sığınacaqla təmin edən qeyri-hökumət təşkilatlarına maliyyə dəstəyi verəcək.