Eurasia Diary "Trend"ə istinadla xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında kamikaze dronu istehsal edib. Yarasa adlanan pilotsuz uçan aparatın çəkisi 12 kq, sürəti 160 km/saat və uçma hündürlüyü isə 2 min metrdir.
Pilotsuz uçan aparatın əsas üstünlüyü hədəfi aşkar edə bilmədikdə geri qayıtmasıdır.
Aparat testdən keçirilib və yaxın günlərdə Azərbaycan Silahlı Qüvvələrinə təqdim olunacaq.