Samsung şirkəti prototipinin üzərində uzun illərdir ki, çalışdığı əyilə bilən smartfon modelini təqdim etməyə hazırlaşır.
Şirkətin öz Twitter hesabında paylaşdığı yeni video gələn ay əyilə bilən smartfon modelinin və ya ən azından onun prototipinin təqdimatına işarə edir.
Öz paylaşımında şirkət gələn ay tərtibatçılar üçün keçiriləcək tədbiri "indiki zaman ilə gələcəyin arasında olan döngə” kimi adlandırıb.
Paylaşımda həmçinin ilk öncə 90 dərəcə, daha sonra 180 dərəcə əyilən iki nazik xətt də əks olunub. Hələ keçən ay Samsung şirkətinin baş direktoru öz müsahibələrinin birində qeyd etmişdi ki, şirkətin ilk əyilə bilən smartfon modeli bu ilin sonuna kimi təqdim oluna bilər. Çox güman ki, şirkət sözügedən cihazı gələn ayın 7-dən start götürəcək Samsung Developer Conference tədbirində təqdim edəcək.
The crossroads between the present and the future – Samsung Developer Conference is where you’ll meet the knowledge needed to stay on tech’s cutting edge. #SDC18
— Samsung Mobile (@SamsungMobile) 18 Ekim 2018
Learn more: https://t.co/t66edOWIUi pic.twitter.com/bDZHuZVWee