Yupiter üzərində qəribə buludlar - NASA foto yaydı | Eurasia Diary - ednews.net

19 Dekabr, Çərşənbə


Yupiter üzərində qəribə buludlar - NASA foto yaydı

Elm və texnologiya A- A A+

ABŞ-ın Milli Aerokosmik Agentliyi (NASA) Yupiterin Şimal yarımkürəsində çəkilmiş “bükülmüş” buludların foto-şəkillərini yayımlayıb.

Eurasia Diary xəbər verir ki, görüntü üst bulud qatından 7000 kilometr məsafə uzaqlıqdan - “Juno” kosmik cihazı tərəfindən əldə edilib.

Fotolarda bir neçə “pop-up” formalı fiqurlarla yanaşı, “Ağ Oval” adlandırılan anti-klonik qasırğanı görmək mümkündür.

“Juno” 2011-ci ildə Yupiterin tədqiqatı üçün hazırlanıb və 2016-cı ildə fəaliyyətə başlayıb.

Aparatın missiyasına planetin qravitasiya və maqnit sahələrinin öyrənilməsi, habelə Yupiterin möhkəm bir nüvəyə malik olduğu hipotezini sınaqdan keçirmək daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...