ABŞ-ın Stenford Universitetinin tədqiqatçıları Günəşdən işıq toplayaraq onu elektrikə çevirən və artıq qalan istiliyi kosmosa göndərən günəş panelləri hazırlayıblar.
Eurasia Diary ICTnews-a istinadən bildirir ki, yeni prototip radiasiya soyutma qurğusunu adi günəş paneli ilə birləşdirmək üçün edilən ilk cəhddir. Hibrid texnologiya Günəş işığını udur və havaya infraqırmızı şüalar buraxır. Qurğu silisium nitridi, silisium və alümin qatlarından hazırlanan vakuumlu yumru radiasiya soyuducusunun üstündə yerləşən kompakt disk ölçüsündə adi Günəş şüalarını udan barmaqlıqdan ibarətdir. Texnologiyanın mahiyyəti ondan ibarətdir ki, günəş paneli infraqırmızı şüalanma üçün şəffafdır, bu səbəbdən o, Günəş işığının əsas hissəsini udan zaman 3-13 mikrometr dalğa uzunluğunda infraqırmızı işıq korpusun içindən keçərək kosmosa atılır.