Aya səfər edən ilk üç insan biri olan Bill Anders "Apollo 8"dəki kosmonavtlardan biridir.
Eurasia Diary "ölkə.az"-a istinadən bildirir ki, Bill "BBC Radio"ya müsahibə verib. O, Marsa insan göndərmək fikrinin gülünc olduğunu bildirib və məsələnin maddi dəyərinə də diqqət çəkib.
85 yaşlı Anders Marsa pilotsuz aparatların göndərilməsini dəstəklədiyini amma insan göndərmə layihəsinin çox bahalı olduğunu qeyd edib:
"Biz niyə buna məcburuq? Bizi Marsa səfər etməyə məcbur edən nədir?. Dövlətlərin bu məsələdə maraqlı olduğuna inanmıram".
"Apollo 8" missiyasını idarə edən Frenk Borman isə Marsa insan göndərmə missiyası mövzusunda daha müsbət düşünür:
"NASA məsələsində Bill qədər tənqidçi deyiləm. Günəş Sistemimizin kəşf edilməsi mövzusunda iradəli olmağın vacibliyini düşünürəm və insanlı missiyalar da bunun bir parçasıdır".
Borman İlon Mask və Ceff Bezosun Marsla bağlı planlarından da danışıb:
"Mars haqqında şişirtmə bir sürə açıqlama var. Mask və Bezos Marsda koloniya qurmaqdan danışırlar. Məncə bu axmaqlıqdır".