2018-ci ilin dünyanı dəyişdirəcək ixtiraları SİYAHI

Elm və texnologiya 20:14 03.01.2019

Eurasia Diary fins.az-a istinadən 2018-ci ilin ən yaxşı elmi tədqiqatlarından ibarət top-onluğu təqdim edir.

Çin makakalarla yeni təcrübə aparır

İki səkkiz aylıq meymun sayəsində klonlaşdırma mövzusu yenidən aktuallıq qazanıb. Yanvarın 24-ü Çjun Çjun və Hua Hua adlı iki dişi makakanın dünyaya gəlməsi haqqında məlumat verilib. Meymunların adlarını birləşdirəndə (Çjunhua) “Çin xalqı” söz birləşməsi alınır. Məhz bu ölkədə elm sahəsində (ən azından etik baxımdan) ən mütərəqqi addımlar həyata keçirilib. Qərbdə bir çox laboratoriya bu texnikadan imtina edib. Gövdə hüceyrələrinin əldə edilməsi üçün daha sadə üsullar var. Ancaq Şanxay alimləri tədqiqatlarda əsas istiqaməti unutmayıblar. Çjun Çjun və Hua Huadan sonra insana keçid artıq elə də inanılmaz görünmür. Təsadüfi deyil ki, noyabrın sonu elə Çindən DNT modifikasiyasına uğramış ilk əkiz qızların dünyaya gəlməsi barədə xəbər daxil olub.

Dinozavrlar: daşqından sonrakı bum

Hardasa 232-234 milyon il əvvəl nəsə bir hadisə baş verib. Həmin hadisədən sonra Yer kürəsində bir-birindən xeyli uzaq ərazilərdə qırmızımtıl kövrək qayalar meydana çıxıb. Trento şəhərinin Elm muzeyi (Muse) və Ferrara Universitetindən alimlər bu gün yeni hipotez ilə çıxış edirlər. Aprelin 16-ı “Nature Communications” jurnalında dərc edilən ehtimala əsasən, həmin hadisə bir növ bütün dünyanı əhatə edən daşqına oxşayıb. Vulkan püskürməsi, karbon qazının artması və iqlim dəyişikliklərinin səbəb olduğu bitmək bilməyən davamlı yağış yağıb. Karney plüvial epizod adlanan bu hadisə həmçinin ekosistemdə dəyişikliyə gətirib çıxarıb. Daşqına qədər qazıntı şəklində tapılan heyvan növlərinin 5-10%-ni təşkil edən dinozavrlar kataklizmlər başa çatdıqdan sonra artıq 80% təşkil etməyə başlayıb.

Kainatın genişlənməsi

Martın 14-ü astrofizik Stiven Hokinq (Stephen Hawking) vəfat edib. Ölümündən sonra aprel ayında çap olunan son araşdırması bizə ən kəskin problemlərindən birindən – əbədi inflyasiyadan məhrum edilən kainat miras qoyur. İrəli sürülən bu hipotez çərçivəsində hesab edilir ki, kainat meydana gələndə bir neçə saniyə ərzində genişlənib, beləliklə nisbətən yeni inflyasiya ilə yeni kainatın doğulmasına səbəb olub. Və belə bir sonsuz proses zamanı  kainatlar meydana çıxıb. Hokinq ölümünə kimi alternativ hipotez üzərində işləyib, son məqaləsini “Əbədi inflyasiyadan yumşaq çıxış?” (“A Smooth Exit from Eternal Inflation?”) adlandırıb. Başlığın sonundakı sual işarəsi bunun yalnız hipotez olduğunu xatırladır. Ancaq şübhədən doğan fayda da alimlə əbədi ayrılıqdan öncə sonuncu, gözəl hədiyyədir.

Neytrino və Antarktidada qara dəlik

Bu qədər böyük xəbər verən belə kiçik müjdəçi. Antarktidada “IceCube” detektoru “IC-170922A” neytrinosunu tutmaqla bizə beş milyard il davam edən hadisədən xəbər verib. Böyük qara dəlikdən yan keçə bilən kiçik hissəcik məhz bu qədər vaxt səyahət edib, Orion istiqamətində hərəkət edib. Tədqiqatçılar Yerdə və kosmosda aparılan başqa 15 təcrübə olmasaydı, bu siqnalı deşifrə edə bilməyəcəkdi. Həmin təcrübələr qamma-şüların, yəni yüksək enerji səviyyəsinə malik fotonların şüalanmasının təhlilindən sonra baş verən kataklizmləri təsvir edib. Neytrinonun “ələ keçirilməsi” 2017-ci ilin sentyabr ayına aid edilsə də, araşdırma ilə bağlı məlumatlar iyulun 12-i dərc edilib. Bu, belə unikal fenomini müşahidə etmək üçün çoxlu vasitədən istifadə edən çoxkanallı astronomiyada yeni inkişaf mərhələsidir.

İtaliya radarı Marsda su aşkar edir

Mars Yerdəki ən quru səhradan da qurudur. Ancaq bu planetdə bir vaxtlar çoxlu suyun olduğuna dair şübhələr var. Kosmik zondlar tərəfindən qurumuş çayların məcrası və kiçik çayların izləri aşkarlanıb. Bu il Qırmızı planetin ətrafındakı orbitdə “MarsExpress” planetlərarası stansiyanın zondunda yerləşən İtaliyanın “Marsis” radarı ilk dəfə Marsda maye halında suyun mövcud olmasına dair ilk sübut əldə edib. Marsdakı göl külək və kosmik şüalardan parçalanan səthdə deyil, cənub qütbünün yaxınlığında, eni yarım kilometr olan buzun altında yerləşir. Gənc tədqiqatçıların yer aldığı, 99% İtaliya kəşfi hesab edilən layihə iyulun 25-i “Science” jurnalının üz qabığına düşməyə layiq görülüb. Qrup rəhbəri Roberto Orosei (Roberto Orosei) bu barədə danışmaq üçün Stokholma, Nobel mükafatının təqdimetmə mərasiminə dəvət edilib.

Sibirdəki ana neandertaldırsa

Daha da təəccüblü. Ağıllı və neandertal. Neandertal və Denisova insanı. Əcdadlarımız arasında hər növ cütləşmə baş verib. Bu iddia avqustun 22-i “Nature” jurnalında dərc edilən məqalədə öz əksini tapıb. Sibirdə tapılan bir qadın 90 min il öncə hibrid mənşəyə sahib olduğunu təsdiqləyən DNT-ə malik olub. Həmin qadının anası neandertal, atası isə Denisova insanı olub. Müəyyən müddət keçdikdən sonra və bir sıra ixtiralar sayəsində məlum olub ki, ağıllı və neandertal insan arasında əvvəllər təsadüfi hesab edilən görüş əslində tez-tez və mütəmadi şəkildə baş verib. Alimlərin hesablamalarına əsasən, indiyədək avropalılar ilə asiyalıların genomunun təxminən 2%-i qədim əcdadlarımızdan qalmadır. Dekabrın 13-ü “Current Biology” jurnalı yazıb ki, kəllə tasının forması da əcdadlarımızdan asılıdır: uzun formaya malik olanlar bu xüsusiyyətə görə neandertallara minnətdar olmalıdır.

Daş üzərindəki öküz rəsmi ilk qayaüstü rəssamlıq nümunəsidir

Bu öküz mağarada necə meydana gəlib? Qayada təsvir edilən yekəqarın, arıq ayaqların üzərində, yandan seçilən oxra zolaqlı (çox güman, oxdur) bu öküz ilk təsviri incəsənət nümunəsi hesab edilir. 40 min il əvvəl yaradılan bu təsvir ilk baxışdan rəngli ləkəyə oxşayır, ona gorə dərhal orda şəkil sezmək mümkün olmur. Ancaq biz son bir neçə ildə minlərlə ən qədim qayaüstü rəsmin aşkarlandığı Borneodakı Lubanq Cerici mağarasındayıq. Belə ki, avtraliyalı alimlər öz müşahidələrini noyabrın 7-i “Nature” jurnalında dərc etmək qərarına gəliblər. 2018-ci ildə Cənubi Afrikada ilk təsvir tapılıb. 73 min il yaşı olan bu tapıntı maddi sənət nümunəsidir. Üfüqi və şaqulu xətlərdən ibarət bu şəbəkə heşteq işarəsinə oxşayır.

“InSight”-ın Marsa yumşaq enişi

Marsa enməyə çalışan zondların 60%-i planetin səthində qəzaya uğrayıb. Ona görə noyabrın 26-ı “InSight” Qırmızı planetin atmosfer qatına daxil olub, enişə başlayanda NASA alimləri (altı dəqiqə davam edən dəhşətlə) kreslolarından möhkəm yapışıblar. Hər şey təlimatlara uyğun şəkildə baş verib, Amerika Kosmik Agentliyi Marsla özəl münasibətini təsdiqləyib (yalnız bu agentlik uğurlu eniş edə bilir). İlk fotoşəkillər Elizium yaylağında yerləşdirilən, açılmış günəş panelləri ilə birgə zondu, bir neçə yüz metr aralıda isə termik sipər və paraşütü nümayiş etdirilib. Məhz sonuncular sayəsində zond eniş həyata keçirə bilib. “InSight”-ın 2019-cu ilə planlaşdırılan missiyası Qırmızı planetdə baş verən zəlzələləri qeydə almaqdan ibarətdir.

Zondun günəşə rekord yaxınlaşması

Hələ bu vaxta qədər heç vaxt zond Günəşi bu qədər yaxın məsafədən izləməyib. Günəşdən 27 milyon kilometr məsafədə temperatur artıq min dərəcəyə çatır (daha yaxında isə 1300 dərəcəyə). Noyabrın 8-i NASA cihazı “Parker Solar Probe” günəş küləyi effektinə görə birnöv alov dilinə çevrilən, elektrik plazma ilə yüklənmiş hissəciklərdən ibarət tacın şəklini çəkib. Avqustun 12-i uçuşuna start verən, düz 60 il əvvəl planlaşdırılan layihənin nəticəsi “Parker Solar Probe” saniyədə 190 kilometr məsafə qət etməklə (növbəti rekord nəticə) 2024-cü ildə 6 milyon kilometr məsafəyə çatacaq. Bu ulduzla bağlı ən böyük sirr tacın səthdən 300 dəfə isti olması ilə əlaqədardır. Zond həmçinin günəş küləyinin böyük ətalətinin mənşəyini də müəyyənləşdirməli olacaq.

Pekin Ayın qara tərəfinə uçur

Uçuş dekabrın 8-i baş tutub. Kosmik gəminin aldığı istiqamət Ayın qaranlıq tərəfidir. Çin ilin növbəti elmi kəşfini həyata keçirmək üçün onun səthinə Ayda gəzən aparat endirməyi planlaşdırır. Tədqiqatçı robot Çin mifologiyasından Ay ilahəsinin şərəfinə “Çanye-4” adlanır. Çox güman, yanvarda peykə çatacaq, ən kələ-kötür zonaların birində – cənub qütbünün yaxınlığındakı Karmane kraterində eniş həyata keçirəcək. Məhz bu kraterdə ən böyük və ən qədim asteroidlərdən biri Ayla toquşub. Pekin mediasının məlumatına əsasən, missiyanın məqsədi Ay torpağında kartof və başqa toxumlar əkməkdir. Nəzərə alsaq ki, daimi qaranlıq mühit və təxminən 173 dərəcəlik temperatur zondun enerji ilə təchizatını çətinləşdirəcək, məqsəd iddialı səslənir.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Hamısı