“Əpl” (Apple) və “Samsunq” smartfonlarının qiyməti Rusiyada bahalaşıb.
Eurasia Diary xəbər ki, hər iki şirkət bununla bağlı rəsmi məlumat yayıb.
“Ayfon Xs”, “Ayfon Xs Maks”, “Ayfon Xr” smartfonları, “Makbuk”, “Əpl Voç” noutbuklarının qiyməti ötən ilin dekabrına nisbətən təxminən 1.7 faiz bahalaşıb.
“Samsunq” şirkəti isə bildirib ki, ƏDV-də edilən düzəlişlər səbəbindən 1 yanvar 2019-cu ildən etibarən bəzi smartfonların qiymətlərində bahalaşma olub.
Qeyd edək ki, Rusiyada Vergi Məcəlləsinə dəyişiklik edilib və 1 yanvar 2019-cu ildən ƏDV 20%-dək qaldırılıb. Bu isə ümumilikdə bütün malların, o cümlədən kommunal xidmətlərin bahalaşmasına səbəb olub.