ABŞ-ın "Apple" şirkəti cari ilin birinci kvartalında yeni iPhone modellərinin istehsalını 10 faiz həcmində azaldacaq.
Eurasia Diary xəbər verir ki, bu barədə “Nikkei Asian Reviev” nəşri yazıb.
Məlumata görə, şirkət öz təchizatçılarına yanvar-mart aylarında planlaşdırılandan daha az telefon istehsal edilməsi ilə bağlı göstəriş verib. Yeni məhdudiyyətin iPhone-nun XS Maks, XS və XR modellərinə şamil ediləcəyi bildirilib.
Nəşrə məlumat verən bir digər mənbənin sözlərinə görə, 2019-cu ilin ilk kvartalında həm yeni, həm də köhnə modellərin istehsalı 47-48 milyon ədəddən 40-43 milyona qədər endiriləcək. Bu isə illik istehsalın 20 faizini təşkil edəcək.
Qeyd edək ki, şirkətin bu qərarı səhmlərinin dəyərinin ucuzlaşması ilə əlaqələndirilir.