Rusiyanın "Kosmos-2430" kosmik aparatı orbitdən çıxaraq məhv olub.
Eurasia Diary xəbər verir ki, bu barədə Şimali Amerikanın Kosmik Hava Müdafiəsi Birləşmiş Komandanlığı (NORAD) bildirib.
Bildirilir ki, peyk yanvarın 5-də sıradan çıxıb.
"Kosmos-2430" sistemləri 2007-ci ilin oktyabrında kosmik orbitə çıxarılıb. Onun işə salması Plesetsk kosmodromdan "Molniya-M" raket daşıyıcısı tərəfindən həyata keçirilib.