Çinin “Çanye-4” kosmik aparatı bəşəriyyət tarixində ilk dəfə Ayın səthində bioloji sınaq həyata keçirib.
Eurasia Diary xəbər verir ki, bu barədə Çinin mərkəzi televiziyası informasiya yayıb.
Aparat ayın səthinin fotolarını göndərib. Fotolardan sınaqlarda istifadə olunan pambıq toxumlarında cücərtilər müşahidə olunub. Bu isə “Çanye-4”ün bəşəriyyət tarixində ilk dəfə Ay səthində bioloji sınaq həyata keçirdiyi anlamına gəlib.
Təcrübə üçün 6 bioloji növ nümunəsi seçilib: pambıq, kartof, raps (kələmçiçəyikimilər fəsiləsinin kələm cinsinə aid bitki növü), arabidopsis, drozofil və maya(birhüceyrəli göbələklər qrupu).
Alimlər bunların Ayda aşağı qravitasiya, güclü radiasiya və böyük temperatur fərqi kimi ağır ətraf mühit sınaqlarından sonra inkişaf edən ilk cücərtilər olduğunu qeyd ediblər.