Avropalılar tərəfindən müəlliflik hüququ pozulan Azərbaycan alimləri ARAŞDIRMA

Elm və texnologiya 20:05 24.04.2019

Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur. 

Eurasia Diary AzEdu.az-a istinadən bu münasibətlə hazırladığı yazını təqdim edir:

Orta əsr Azərbaycan elmi və mədəniyyətinin bir sıra yetirmələri var ki, onlar Şərq intibahını yaratmaqla yanaşı, Qərb dünyasını da elmi tənəzzüldən xilas ediblər. Doğrudur, sonradan ildırım sürətilə irəli gedən Avropa hazırda bu alimləri bəyənməsə də, öz elmi bünövrəsini məhz Şərq, əsasən də Azərbaycan dühalarının hesabına qurdu.

Təqdim edəcəyimiz yazıda elmi yaradıcılıqları ilə Şərqlə kifayətlənməyib, Qərb dünyasına da töhfə verən Azərbaycan alimlərinin bir neçəsi haqqında danışacağıq. Əsas məqsəd isə onların kimliklərini tanıtdırmaq yox, bu dahilərin Qərb tərəfindən mənimsənilən elmi ixtira və kəşflərinə, nəzəriyyələrinə işıq tutmaqdır.

Bəhmənyar - “Azərbaycani” imzası ilə yazıb yaradan ilk alimdir. Şərq elminin bayraqdarı sayılan İbn Sinanın ən üstün tələbələrindən olan Bəhmənyarın fəlsəfəyə gətirdiyi yeni yanaşmalar, idrak metodları və dialektika formaları uzun müddət Qərb nəzəriyyəçiləri və fəlsəfə tarixçiləri tərəfindən tədris obyekti olub. İbn Sina onun barəsində deyirdi: “O, mənə oğuldan artıqdır. Mən ona təlim-tərbiyə vermiş və bu səviyyəyə gətirib çıxarmışam. Bəhmənyarın dialektikanın səbəb- nəticə, təsadüf-zərurət, materiya – forma əlaqələri zəminində etdiyi yeniliklər, hətta orta çağın Avropasına da gedib çıxa bilmişdi. Çox təəssüf ki, Bəhmənyarın ilk dəfə elmə gətirdiyi dialektika qanunları Avropa filosofları tərəfindən mənimsənildi.

Bəhmənyarın əsas əsərləri “Təhsil”, “Məntiq”, “Metafizikanın mövzusu”dur. Azərbaycanın tanınmış şərqşünas alimi Zakir Məmmədov Bəhmənyarın Azərbaycanda tanıdılmasında önəmli iş görən alimlərdən birincisidir.

Ağ Şəmsəddin - çox az mənbələrdə təsəvvüf şeyxi Hacı Bayram Vəlinin tələbəsi kimi göstərilir. “Ağ” təxəllüsünü ondan alsa da, Şəmsəddin əslən Azərbaycan alimi olub. Şəmsəddin haqqında danışılarkən təkrarlanan səhvlərdən biri də onun daha çox şagirdi hesab olunan Fateh Sultan Məhmədin sayəsində tarixdə iz qoyması faktıdır. Amma əslində elə deyil. XV əsr Osmanlı imperiyasının mənəvi atası hesab olunan alim tibb və astronomiya sahəsində ən çətin kəşfləri ilə onsuz da tarixə düşəcəkdi. Şəmsəddin dünya tibb elmində mikrobu ilk dəfə çap edən alim kimi xatırlanır. Mikrob onun ixtirasından illər sonra XIX əsrdə Avropada Lui Paster tərəfindən “icad edildi”.

Nəsirəddin Tusi - XIII əsrin dahi zəkası və Azərbaycan elminin bayraqdarı kimi Avropanı indi də elmi nəzəriyyələrlə “təmin edir”. Həndəsə, cəbr, astronomiya və ali riyaziyyat sahəsində etdiyi kəşflər qərb elminin inkişafına səbəb olub. Ən böyük kəşfi isə triqonometriya nəzəriyyəsidir.

Qeyd etmək yerinə düşər ki, Nəsirəddin Tusinin əsərlərində də Amerikanın müasir koordinatına uyğun quru hissəsinin olması ilə bağlı qeydlər var. Azərbaycan astronomu Həbib Məmmədbəylinin yazdığına görə, XristoforKolumbun və AmeriqoVespuçininNəsirəddin Tusinin bu əsərlərindən xəbəri olub. Avropa alimləri bunu gizlətməyə çalışsalar da, həmin səyyahların özləri tərəfindən yazılan gündəliklər bunu deməyə əsas verir.

Bundan əlavə “Qeyri-Evklid” həndəsəsinin banisi də Nəsirəddin Tusidir. Amma həmyerlimiz Mirzə Kazım bəyin yanlışlığı nəticəsində rus riyaziyyatçılarından biri Evklidə alternativ olan həndəsənin yaradıcısı kimi tarixə düşdü. Belə ki, böyük alimimiz Mirzə Kazım bəy Sankt-Peterburqda çalışan zaman Laboçevski ondan yerlisi olan alim Nəsirəddin Tusinin əsərlərini ona verməsini xahiş edir. Şərqşünas alim Mirzə Kazım bəy onun xahişini yerə salmır.

Tusinin bir neçə əsərini riyaziyyatçıya təqdim edir. Həmin əsərlərin arasında Azərbaycan elm tarixinin ilk çap kitabı hesab edilən “Təhriri- Öqledis” əsəri də var idi. “Təhriri-Öqledis” antik yunan filosof, astronom və riyaziyyatçısı Evklidin əsərlərinin şərhi əsasında yazılmışdı. Əsərin adı “Evklidin şərhi” olsa da, Tusi yalnız şərhlərlə kifayətlənməmişdi. Onun riyazi nəzəriyyələrinə əks olan başqa bir nəzəriyyə ortaya qoymuş, bir növ Qeyri-Evklid həndəsəsi ideyasını ərsəyə gətirmişdi. Lakin çox təəssüflər olsun ki, Laboçevski Mirzə Kazım bəyin bəxşişindən yararlanaraq, o əsərdəki ideyaları öz adına çıxmış və riyaziyyatda Qeyri-Evklid həndəsəsi adlanan predmetin “əsasını qoymuşdu”.

Başqa bir fərziyyə də Tusinin böyüklüyünü əks etdirir. İlk dəfə X-XI əsrin böyük alimi Əl Biruni tərəfindən hazırlanan qlobus, çox təəssüf ki, sonradan avropalı Martin Behaymın adına çıxarıldı. Doğrudur, onun icadını daha təkmilləşmiş, daha peşəkar iş hesab edənlər də yanılmırdılar. Amma Behaymın hazırladığı qlobusdan heç də fərqlənməyən qlobusu Nəsirəddin Tusi, məsləkdaşı ilə birgə əsasını qoyduğu və rəhbərlik etdiyi Marağa rəsədxanasında hazırlamışdı. Zakir Məmmədov Nəsirəddin Tusinin irsini araşdırarkən mənbələr əsasında belə bir faktı qeyd edir ki, 1266-cı ildə Marağa rəsədxanasında N.Tusi ilə bir yerdə çalışan azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içiboş yer kürəsi modeli də olub. Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur coğrafi qlobus idi. Bununla da Zakir Məmmədov, elm aləmində ilk coğrafi qlobusun alman alimi Martin Behaymın hazırlaması haqqında fikri elmi fakt əsasında təkzib edir.

Mir Mövsüm Nəvvab - XIX əsrdə yaşayan alim-mütəfəkkir, şair-filosof astronomiyanın bilicisi kimi Saturn planetinin həlqəsi ilə birlikdə maketini hazırlayan ilk alimlərdən hesab olunur. Nəvvab riyaziyyat, kimya və astronomiya ilə maraqlanırdı. O, öz evində iki teleskop qoyaraq, kiçik bir rəsədxana və kimya laboratoriyası yaratmışdı. 1899-cu ildə dərslik kimi qələmə aldığı “Kifayətül-ətfal” kitabında o, göy cismlərinin yerləşməsi və günəş tutulmaları haqda cədvəllər tərtib etmişdi. Alim kimya laboratoriyasında şagirdləri ilə sınaqlar keçirir və orta əsrlərdə yaşamış kimyagərlər tərəfindən verilən nüsxələri yoxlayırdı.

İndi isə Azərbaycan alimləri ilə yanaşı, Qərb elmini qidalandıran və Avropa alimləri tərəfindən plagiatlığın qurbanı olan Şərq alimləri haqqında da qısa məlumat verək:

Fəxrəddin Razi - XII əsrin görkəmli fars filosofu tibb elminin dühalarından biri olub. O, məntiq, riyaziyyat, astronomiya sahəsində bir sıra kəşflər edib. Əsas və oğurlanmış kəşfləri isə bunlardır: cazibə qanunu (Sonradan İsaak Nyutonun adı ilə bağlanıb) insan orqanizmində qızılca və çiçək xəstəlikləri. Təəssüflər olsun ki, bu gün cazibə qanunu deyəndə ancaq Nyuton yada düşür.

Qütbəddin Şirazi - XII əsrin böyük filosof, təbib və diplomatı olan Qütbəddin Şirazi 1263-cü ildə İranın Şiraz şəhərində anadan olub. Nəsirəddin Tusinin ən yaxın silahdaşlarından və tələbələrindən sayılan Qütbəddin Şirazinin Qərb elminə təkan vermiş ixtirası göy qurşağının varlığı və onun elmi yöndən təsnifatıdır. Sonradan onun əsas əsərləri Şam, Bağdad kimi Şərq şəhərləri ilə yanaşı, Roma, Florensiya, London kimi Avropanın mərkəzi şəhərlərinə gedib çıxdı. Həmin nadir əsərlərdən istifadə edən İtaliya alimləri çox təəssüf ki, Tusinin bu tələbəsini xatırlamadılar.

Ömər Xəyyam - əsasən şair olaraq tanınsa da, böyük alim kimi də dünyaya səs salıb. Aşiqanə rübailəri və eşqə aid qəzəlləri onun yaradıcılığının ikinci planında yer alır. O, əslində çox böyük riyaziyyatçı və astronomdur. Dünya elminə təsir etmiş kəşfləri isə bunlardır: həndəsədə Binom düsturu, səma cisimləri barədə helosentrik nəzəriyyə. Elə təkcə bu ikisinin adını çəkmək kifayətdir ki, çoxlarının “sərxoşların şairi” adlandırdığı Xəyyamın bir çox Avropa alimlərini qabaqladığını görə bilək. Onun səma cisimləri haqqındakı nəzəriyyəsi dünyaca məşhur polyak astronom Kopernik üçün dərslik olub.

Məhəmməd Əl Xarəzmi - IX əsrdə yaşamış alim dəqiq elmlər sahəsində əsl inqilab edib. Sıfır rəqəmindən istifadə onun adı ilə bağlıdır. Ali riyaziyyatın təməl nöqtəsini də o qoyub. Etdiyi riyazi kəşflər və hesablamalar modern texnologiyanın təməl nöqtəsi sayılır.

Əl Fərabi - X əsrdə yaşayan türk əsilli filosof , riyaziyyatçıdır. Elmdə Aristoteldən sonra “İkinci müəllim” adını qazanıb. Onun dövlətçiliyə və məntiqə aid kəşfləri indi də Avropa elmi nəzəriyyəsində aktuallığını qoruyub saxlayır. Lakin o, modern fizikada səs tezlikləri və səs dalğalarının fiziki şərhini verən alim kimi daha çox tanınır.

İbn Rüsd - XI əsrin böyük ensiklopedik alimi Qərbdə Averros kimi tanınır. Belə ki, onun tibb , fiqh, məntiq elmlərinə gətirdiyi yeniliklər Avropa alimlərinin bilik mənbəyinə çevrilib. O, zamanında elə tibbi kəşflərə imza atıb ki, onları ancaq çağdaş texnologiya ilə yerinə yetirmək mümkün idi. Ən böyük kəşfi isə gözdəki torlu qişanın ixtirasıdır.

Mövlana Cəlaləddin Rumi - XII əsrin böyük övliyası, mövləvilik cərəyanının banisi olan Rumi hazırda dünya təfəkkür tərzinə təsir etmiş 5 böyük insan sırasındadır. O, fəlsəfə, psixologiya sahələrində elə kəşflərə imza atıb ki, Avropa ancaq XIX – XX əsrlərdə onları tətbiq edə bilib. ZiqmundFreydin psixoanalizini də bu sıraya aid etmək olar.

İbn Sina - Nəinki Şərq, eləcə də dünya tibbinin atası sayılan İbn Sina Avropanı 700 ildir ki, özünə məftun etməkdə davam edir. Avropada Avissena kimi tanınan alim “Şəfa“ kitabında yalnız müasir texnologiya ilə mümkün olan elmi kəşflərə imza atıb. Zəmanəsinin dahi təbibi adlandırılan İbn Sina müasir cərrahi metodların təməl nöqtəsini qoyub. Həmçinin daxili xəstəliklərin profilaktika və müalicəsi də onun adı ilə bağlıdır.

Siyahını istənilən qədər uzatmaq olar… Dəyişməyən isə bir həqiqət var: Günəş hər zaman Şərqdən doğub. Qərb isə o zaman olduğu kimi bu gün də Şərq işığının kölgəsində bərq vurmaqdadır. Ziyası sönən Şərq təkcə keçmişini bərpa etməklə öləziməkdə olan Günəşini bərpa edə bilər. Bu isə hər şeyin yenidən başlanması deməkdir…

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
Hamısı