“Hazırda Azərbaycanda təhsillə bağlı müvafiq islahatlar həyata keçirilir”.
Bu sözləri Ednews-a açıqlamasında Təhsil məsələləri üzrə üzrə ekspert Elçin Əfəndi Azərbaycan təhsilində hansı innovasiyaların olması ilə bağlı fikir bildirərkən deyib.
Onun sözlərinə görə, müvafiq olaraq müəllimlərin sertifikatlaşdırılması, eyni zamanda məktəbəqədər istiqamətdə həm müəllimlərin, həm də şagirdlərin elektron qaydada qəbulunun həyata keçirilməsi, həmçinin nazirlik tabeliyində agentliklərin yaradılması, fəaliyyət göstərməsi nəzərdə tutulur:
“Son dövrlərdə təhsillə bağlı müəyyən işlər görülür. Məsələn, 44 günlük vətən müharibəsindən və antiteror əməlliyyatlarından sonra Qarabağ və Şərqi Zəngəzurda kifayət qədər təhsil müəssisələrinin tikintisi istiqamətində işlər aparılır. Bəzilərinin tikintisi başa çatıb və istifadəyə verilib. Əlbəttə bunlar təhsil üçün böyük bir uğurdur. Eyni zamanda, sağlamlıq imkanları məhdud olan vətəndaşlar üçün inklüziv təhsil istiqamətində dövlət tərəfindən müəyyən işlər görülür”.
Elçin Əfəndi qeyd etdi ki, ölkəmizdə ən qabaqcıl universitetlər olaraq BANM, ADA, Xəzər, UNEC, ADNSU adını çəkmək olar.
Aysel İskəndərli