Cenevrədə səfərdə olan BAMF sədri Umud Mirzəyev martın 9-u BMT-nin mərkəzi qərargahındakı sessiyalarda iştirak edib, aktual mövzularla bağlı çıxışlar edib.
BAMF sədri bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və təmsilçiləri ilə də görüşüb.
Birgə layihələr və əməkdaşlıq təkliflərinin müzakirə olunduğu görüşlərdə o, xarici məruzəçiləri və qonaqları sabah BMT-in Cenevrədəki qərargahında BAMF-ln münaqişə bölgələrində hüququ pozulan uşaqlarla bağlı keçirəcəyi tədbir barədə məlumatlandırıb. Onarı həmin tədbirdə aktiv iştirak etməyə dəvət edib.
Qeyd edək ki, artıq xeyli sayda ictimai xadim, BMT eksperti, tanınmış beynəlxalq vətəndaş cəmiyyəti nümayəndələri, BMT agentliklərinin təmilçiləri, bir sıra səfirlər bu tədbirdə iştirakını təsdiqləyib.
Bütün dünyada müharibələr zamanı hüququ pozulan uşaqlarla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı öldürülən, müharibənin ağrı-acısından əziyyət çəkən Azərbaycan uşaqlarının da probleminin kifayət qədər ciddi formada beynəlxalq ictimaiyyət qarşısında gündəmə gətirilməsi nəzərdə tutulur.
Bununla bağlı BAMF-ın hazırladığı xüsusi videoçarx da məhz bu beynəlxalq tədbir zamanı təqdim olunacaq.