ABŞ səfirliyinin dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər, Bərdə, Ağdam və Füzuli rayonlarında həyata keçirdiyi Regionda Məcburi Köçkün Gənclərinin Vətəndaş Cəmiyyəti Quruculuğunda iştirakının dəstəklənməsi və Qadınlar İcma və Sosial Ədalət: Məcburi Köçkün İcmalarına Gender Əsaslı Zorakılığın müzakirəsi layihələrinin icrasının birinci ayı başa çatıb.
5 Aprel tarixində layihələrin birinci ayı ilə bağlı layihə koordinatorları layihə rəhbərinə layihənin icrası iə bağlı hesabatları təqdim edib.
Hesabtların təqdimatı zamanı Regionda Məcburi Köçkün Gənclərinin Vətəndaş Cəmiyyəti Quruculuğunda iştirakının dəstəklənməsi layihəsində təlimlərdə iştirak edəcək 17-30 yaş arası Tərtər, Bərdə və Ağdam rayonları üzrə 30-35 olmaqla ümumi 100 gənc layihə koordinatorları tərəfindən qeydə alınıb.
Qadınlar İcma və Sosial Ədalət: Məcburi Köçkün İcmalarına Gender Əsaslı Zorakılığın müzakirəsi layihəsi üçün Tərtər rayonunda Şıxarx, İsmayılbəyli, Evoğlu, Umudlu, Hacıqərvənd, Qarağacı, Ağdam rayonunda Birinci Dörd yol , Füzuli rayonunda Zobcuq iki məcburi köçkün qəsəbələrində hər region üzrə 100 olmaqla 300 AGDM sorğu həyata keçirildi və təlimlərdə iştirak edəcək qadınların siyahısı dəqiqləşdirilib.
Belə ki, Tərtər rayonu üzrə sorğuda iştirak edən qadınların 24%, Ağdam rayonu üzrə 31%, Füzuli rayonu üzrə 26% təlimlərdə iştirak etmək üçün qeydiyyata alınıb.
Regionda Məcburi Köçkün Gənclərinin Vətəndaş Cəmiyyəti Quruculuğunda iştirakının dəstəklənməsi layihə çərçivəsində multimedia, NLP təlimləri, fərdi inkişaf və layihənin idarə olunması və QHT yaradılması haqqında təlimlər keçiriləcək.
Qadınlar İcma və Sosial Ədalət: Məcburi Köçkün İcmalarına Gender Əsaslı Zorakılığın müzakirəsi layihəsi çərçivəsində isə komputer təlimləri, qadın və uşaq hüquqları, reproduktiv sağlamlıq, erkən nigahın fəsadları mövzularında təlimlər keçiriləcək.
Bundan əlavə, 10 apreldən regionda regionlarda təlimlərə start veriləcək.