BAMF prezidenti «Front Line Defenders»in icraçı direktoruna müraciət edib

Cəmiyyət 11:22 14.08.2017
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev «Front Line Defenders»in icraçı direktoruna müraciət edib. Qeyd edək ki, bu təşkilat risk qrupuna daxil olan insanların hüquq müdafiəçilərini müdafiə etmək məqsədilə 2001-ci ildə Dublində yaradılıb. İnsan hüquqları haqqında Ümumi bəyannamədə təsbit olunan bütün hüquqların müdafiəsi üçün çalışan bu təşkilatın qərargahı elə Dublində, Avropa Birliyinin Brüsseldəki ofisində yerləşir, həmçinin, Şimali və Cənubi Amerikada, Asiyada, Afrikada və Yaxın Şərqdə regional şöbələri var.

Eurasia Diary həmin müraciəti oxucularına  təqdim edir.

“Əziz Endryu Anderson,

Ümid edirəm işləriniz yaxşıdır.

Bir daha qeyd etmək istəyirəm ki, 2017-ci ilin 24-25 iyul tarixində Qətərin Doha şəhərində keçirilən “Söz Azadlığı: Təhlükəyə qarşı durmaq” Beynəlxalq konfransı zamanı sizinlə görüşmək mənim üçün çox xoş idi.

Konfrans vaxtı şam yeməyində, daha sonra avtobusda sizinlə çox maraqlı söhbətimiz oldu. Biz insan hüquqlarının müdafiəsinin vacibliyini müzakirə etdik, həmçinin mənim ölkəm Azərbaycanda qaçqın və məcburi köçkünlərin hüquqları mövzusuna toxunduq. Sizə dediyim kimi, Azərbaycan 25 ildir ki, torpaqlarının 20%-nin işğal olunması, eləcə də 1,2 milyona yaxın qaçqın və məcburi köçkünün didərgin düşməsi ilə nəticələnən Ermənistanın hərbi təcavüzünə məruz qalıb.

Bəlkə də söhbətimiz bir az emosional alındı, lakin düşünürəm ki, biz bir-birimizi başa düşdük. Azərbaycanın hər bir vətəndaşı ilə bağlı bir çox vavib məsələlərə kifayət qədər diqqət ayrılmır. Mən hər bir hüquq müdafiəçisinin əməyini yüksək qiymətləndirirəm, ancaq anladığım qədər 8 vətəndaşından biri qaçqın və ya məcburi köçkün olan bir ölkədə qaçqınların və məcburi köçkünlərin hüquqları gərək xarici müşahidəçilər tərəfindən geniş şəkildə dəstəklənsin və ictimailəşdirilsin. 1988-ci ildən başlayaraq, Ermənistanda yaşayan 270,000 azərbaycanlı deportasiya edilib. Ermənilər işğal etdikləri ərazilərimizdə bizim mədəniyyət abidələrimizi  təhqir edirdilər. Onlar abidələri, qəbrləri, onların baş daşlarını dağıdıb, heykəlləri güllələyiblər. Hətta uşaqları böyük boruya salıb, onu qaynaq edib dağdan atıblar. Bütün bu cinayətlər Sovet rəhbərliyinin dəstəyilə törədilib. O zaman bütün bu faktların hamısı təhrif olunur, gizlədilirdi. Bu 20-ci əsrin böyük faciəsidir. Bu soyqırım idi və belə görünür ki, dünya real faktları eşitmək və ya görmək, eləcə də bu cinayət barədə danışmaq istəmir.

Buna baxmayaraq, özünü ”hüquq müdafiəçisi” adlandıranlar var ki, Azərbaycanda insan hüquqlarının pozulmasından danışarkən qaçqın və məcburi köçkünlərin hüquqları barədə bir söz belə demirlər. 25 ildən çoxdur ki, bu insanlar erməni işğalı altında olan evlərinə qayıda bilmir. Ermənistan silahlı qüvvələri demək olar ki, hər gün cəbhə xəttinə yaxın kəndləri atəşə tutur. Bu yaxınlarda, iyulun 4-də 18 aylıq qız uşağı və nənəsi erməni əsgərlərin növbəti təxribatı nəticəsində  öldürülüb.

Biz bu barədə beynəlxalq strukturların bəyannamələrini görmürük. Buna görə də artıq Azərbaycanda insanların çoxu hüquq müdafiəçilərinə inanmır. Onları siyasiləşmiş hesab edirlər. Onların üzv olduğu təşkilatlara, qruplara Azərbaycanı zəiflətmək istəyənlər kimi baxırlar. Biz demirik ki, Azərbaycanda problem yoxdur, lakin unutmaq olmaz ki, Azərbaycan müstəqilliyi bir neçə il bundan öncə, Sovet İttifaqı dağıldıqdan sonra əldə edib. İndi böyük dövlətlər Azərbaycanla ikitərəfli münasibətlərində yalnız öz xeyirlərini güdürlər. Maraqların siyasəti prinsipi işləyir. Onlar Azərbaycanı bölmək və stabilliyi pozmağa çalışırlar. Eyni zamanda bütün bunlar, həmçinin qaçqın və məcburi köçkünlərin hüquqları barədə susan həmin hüquq müdafiəçiləri bununla böyük dövlətlərin öz maraqlarını təmin etməsinə kömək edirlər.

Mən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən şəxsən zərər çəkmişəm. Ana tərəfdən bütün qohumlarım 1980-ci illərin sonunda Ermənistandan deportasiya edilib. Ata tərəfdən qohumlarım isə işğal nəticəsində Qarabağı tərk etməyə məcbur olublar. Buna görə də müharibənin həqiqətlərini və dəhşətlərini lap əvvəlindən şəxsən yaşamışam.

1992-ci ildən başlayaraq bizim Beynəlxalq Avrasiya Mətbuat Fondu yaradılan vaxtdan mən regional eləcə də, qlobal səviyyədə bu insanların hüquqlarını müdafiə edirəm. Bu insanlara kömək edə biləcək hər kəslə əməkdaşlıq etməyə çalışıram. Biz bu qaçqın və məcburi köçkünlərin uzun illər boyu hansı çətinliklərlə üzləşdiyini daha çox insana çatdırılması üçün müxtəlif layihələr  həyata keçiririk. BMT-nin əsas ofislərində baş tutanlar da daxil olmaqla müxtəlif konfranslarda iştirak edirik. Çətinliklər isə həqiqətən də ciddidir. Təsəvvür edin, təmas xəttinə yaxın yaşayan bu insanlar necə yaşayır, nəzərə alsaq ki, Ermənistan tərəfi su anbarınının qarşısını kəsib.

Azərbaycandakı qaçqın və məcburi köçkünlərin problemlərini dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırmaq üçün bizim təşkilat xarici və yerli adamların Azərbaycanın cəbhəyanı ərazilərinə səfərlərini təşkil edir. Orada onlar bu münaqişənin həqiqətlərini özləri şəxsən görə bilər. Belə səfərlərin iştirakçıları tərəfindən yazılan bir neçə yazını diqqətinizə çatdırıram.

 
 
 
 
 
Söhbətimiz zamanı hiss etdim ki, bu insanlara ürəyiniz yanır. Siz mənim sözlərimə maraqla qulaq asırdınız və mən sizin həmrəyliyinizi gördüm. Bu problem və sürətlə artmaqda olan milyonlarla qaçqın və məcburi köçkünün problemləri barədə susaraq biz dünyanı daha böyük xaosa aparırıq. Baxın, indi bütün dünyada nə baş verir.

Sizə dediyim kimi, sizi Azərbaycana dəvət edərək bizim təşkilata baş çəkməyinizi və vəziyyətlə yaxından tanış olmağınızı istərdim. Azərbaycana belə bir səfəri həyata keçirmək üçün vaxtınız olarsa mən şad olaram.

Bir daha qeyd eləmək istəyirəm ki, sizi tanıdığıma çox şad oldum və ümid edirəm ki, biz gələcəkdə məhsuldar əməkdaşlıq quracağıq”.

BAMF-ın mətbuat xidməti

 

 

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hamısı