Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları ilə intensiv əməkdaşlıq edən, BMT-nin Sosial-İqtisadi Şurasının (ECOSOC) yüksək statuslu üzvü olan BAMF fəaliyyət göstərdiyi illər ərzində üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirib.
BAMF Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Qarabağ müharibəsinin vurduğu maddi və mənəvi ziyanların aradan qaldırılması, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli, habelə Azərbaycanda müstəqil medianın inkişafı istiqamətlərində çox böyük və səmərəli işlər görüb. Fond Azərbaycanda Vətəndaş Cəmiyyətin formalaşması və inkişafı, dövlətçiliyin möhkəmləndirilməsi, innovativ ideyaların həyata keçirilməsi, dövlət-vətəndaş cəmiyyəti münasibətlərinin stimullaşdırılması sahəsində lider QHT-dir. BAMF bu gün ölkədə Vətəndaş Cəmiyyəti yaradılması və onun fəaliyyətinin istiqamətləndirilməsi üçün bir modeldir.
BAMF-ın böyük uğurlar qazanması təşkilatın prezidenti Umud Rəhimoğlunun (Mirzəyevin) müstəsna səriştəsi, səyi, təcrübəsi və ən başlıcası, peşəkar menecment bacarığının nəticəsidir.
BAMF haqqında geniş məlumatla buradan tanış ola bilərsiniz: