ADA Universiteti ilə BAMF arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb

Cəmiyyət 17:07 05.10.2017
 Bu gün ADA universitetində  Azərbaycanın bu aparıcı ali təhsil ocağı ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında birgə əməkdaşlıq memorandumu imzalandı. Sənədə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Beynəlxalq Avrasiya  Mətbuat  Fondunun prezidenti Umud Mirzəyev imza atdılar. İmzalanma mərasimində çıxış edən ADA Universitetinin prorektoru  F.İsmayılzadə bildirdi ki, son illər ADA Universiteti Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə məhsuldar əməkdaşlığı uğurla davam etdirir.  ADA və BAMF birlikdə müxtəlif layihələr həyata keçirir, tədbirlərin, səfərlərin, həmçinin konfrans və forumların keçirilməsini birgə təşkil edirlər. Uğurlu əməkdaşlığın nəticəsi olan layihələri xatırlayan  Fariz İsmayılzadə bunlar sırasında Nobel Sülh Mükafatı Laureatı, sosial biznes və mikrokreditin atası adlandırılan Məhəmməd Yunusun Azərbaycana baş tutan səfərinin birgə təşkilatçılığı, Avropa Birliyi və Dini qurumlar üzrə dövlət komitəsinin də dəstəyi ilə ADA və BAMF-ın təşəbbüsü ilə “Dinlərarası münasibətlərdə medianın rolu- Media və tolerantlıq” mövzusunda konfransın keçirilməsini göstərdi.  Bununla yanaşı Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə BAMF-ın istehsal etdiyi, Qarabağ həqiqətlərini özündə əks etdirən,  Baltikyanı və şərqi Avropa ölkələrində geniş auditoriyada göstərilən  “Atəşkəs” sənədli filminin ADA universitetində də müəllim-tələbə kollektivinə təqdim olunub. Son olaraq isə 17-18 iyun tarixlərində Beynəlxalq Avrasiya Mətbuat Fondu ADA Universiteti ilə birgə 21 yerli və xarici tələbənin Azərbaycanın müharibədən zərər çəkmiş rayonlarına səfərini təşkil edib. İki  günlük səfərdə iştirak edən tələbələrin Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, həmçinin Cəbrayılın Cocuq Mərcanlı eləcə də, Tərtərin Həsənqaya və Şıxarx  kəndlərinə səfər etmək imkanları olub. Bu layihələri ciddi nəticə verən və səmərəli adlandıran, BAMF-ın prezidenti Umud Mirzəyevin bu istiqamətdə səylərini çox yüksək qiymətləndirən Fariz İsmayılzadə xüsusi vurğuladı ki, BAMF-la imzalanan memorandum ADA Universiteti tarixində bir ilkdir. Belə ki, bu ali təhsil ocağı ilk dəfədir ki, bir vətəndaş cəmiyyəti təmsilçisi və QHT-lə əməkdaşlıq haqqında memorandum imzalayır.
 
Xoş sözlərə görə təşəkkürünü bildirən BAMF prezidenti Umud Mirzəyev isə xatırlatdı ki, 1992-ci ildə dövlət qeydiyyatından keçən təşkilat dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri qurub. BAMF Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Qarabağ müharibəsinin vurduğu maddi və mənəvi ziyanların aradan qaldırılması, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli, habelə müstəqil medianın inkişafı istiqamətlərində çox böyük və səmərəli işlər görüb. Bundan başqa, nüfuzlu qurum Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və inkişafı, dövlətçiliyin möhkəmləndirilməsi, innovativ ideyaların həyata keçirilməsi, dövlət-vətəndaş cəmiyyəti münasibətlərinin stimullaşdırılması sahəsində prinsipial fəaliyyət aparır. Bu fəaliyyət sahəsinin ən vacib məkanı  isə  məzh Azərbaycandadır. Azərbaycanın dövlət və özəl qurumları ilə səmərəli əməkdaşlıq quran BAMF bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək. ADA ilə əməkdaşlıq isə hazırda BAMF-ın ən ümdə prioritetlərindən biridir. BAMF Universitetlə olan əməkdaşlığını yüksək qiymətləndirir və xüsusilə tələbələrlə iş sahəsində fəal əməkdaşlıq edir. Son 2 il ərzində BAMF beynəlxalq ekspertlərin iştirakı ilə tələbələrin təcrübəsini,  əlavə bilik və bacarıqlarını artırmaq üçün bir sıra mühazirə və treninqlər təşkil edib. Bundan başqa BAMF-ın dəstəyilə tələbələrin bir neçə dəfə Azərbaycanın rayonlarına səfərləri təşkil edilib. Burada ADA-nın xüsusilə xarici tələbə və müəllim heyətinin qaçqın və məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmaq, araşdırma aparmaq və hesabatla çıxış etmək imkanları olub. Bu yaxınlarda isə ADA Universitetinin bir neçə tələbəsi  BAMF-ın Bakıdakı ofisində təcrübə keçmək imkanı qazanıblar. Bir neçə ay ərzində ADA Universitetinin tələbələri mütəmadi olaraq təşkilatın layihələrlə bağlı, məruzələrin yazılması və müxtəlif yazıların dərc edilməsinin də daxil olduğu fəaliyyətlərinə cəlb ediliblər. Bundan əlavə tələbələr BAMF-ın təşəbbüsü ilə yaradılmış 5 dildə (Azərbaycan, Ingilis, Rus, Türk və Ərəb)  fəaliyyət göstərən Eurasia Diary portalı ilə birgə işə cəlb olunub.Onların əksəriyyəti portalın peşəkar readaktorları ilə məsləhətləşdikdən sonra burada öz məqalələrini dərc etdiriblər və BAMF-da təcrübəni uğurla keçdikdən sonra sertifikat alıblar.
 
BAMF prezidenti hər bir Azərbaycan vətəndaşı kimi, onun da ADA Universiteti kimi təhsil ocağının mövcud olmasından qürur duyduğunu bildirərək, əlavə etdi ki, memorandumun imzalanması  hər iki qurumun fəaliyyətinə, o cümlədən ölkədə vətəndaş cəmiyyətinin inkişafına yeni imkanlar açacaq. İmzalanma mərasiminin məhz 5 oktyabr müəllimlərin peşə bayramına təsadüf etməsini isə BAMF prezidenti tarixə düşəcək əlamətdar hadisə adlandırdı. 
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Hamısı