“BMT-nin İqtisadi Sosial Şurası ilə əməkdaşlıq etmək istəyən Azərbaycan QHT-lərinə yardım etməyə hazırıq” BAMF-ın prezidenti Umud Mirzəyev

Cəmiyyət 17:14 06.10.2017
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə Azərbaycanın  bir sıra qeyri qeyri hökumət təşkilatlarının iştirakı ilə “BMT-nin İqtisadi Sosial Şurası ilə əməkdaşlıq imkanları və perspektivləri” mövzusunda tədbir keçirilib. BAMF-ın ofisində baş tutan tədbir də Azərbaycandan olan vətəndaş cəmiyyəti qurumlarının BMT qurumları ilə əlaqələrinin gücləndirilməsi, İqtisadi Sosial Şuranın QHT bölməsində təmsilçiliyi, dayanıqlı inkişaf hədəflərinin təşviq edilməsi və zəruri yardımların göstərilməsi geniş müzakirə olunub. Tədbiri çıxış sözü ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev rəhbərlik etdiyi təşkilatın regionda BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT bölməsinin ən yüksək statuslu (General Status) üzvü olan yeganə vətəndaş cəmiyyəti təmsilçisi olduğunu, bunun təkcə BAMF-ın yox, həm də Azərbaycanın nailiyyəti olduğunu bildirdi. 1992-ci ildə yaradılan təşkilat ötən illər ərzində fəaliyyətində inkşafa meylli, beynəlxalq əməkdaşlıq imkanlarının möhkəmləndirilməsi, yeni əlaqələrin qurulması, müxtəlif aspektləri əhatə edən sosial-humanitar proqramların icrasını prioritet seçib və bu istiqamətdə fasiləsiz olaraq uğurlu fəaliyyət göstərməyə davam edib. Bunun nəticəsi olaraq 2014-cü ildə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) böyük nailiyyətə imza ataraq BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT bölməsinin ən yüksək statuslu (General Status) üzvü oldu . ECOSOC-un məşvərətçi statusu 4 ildən bir seçilən, BMT -nin Təhlükəsizlik Şurasının 3 daimi üzvünün - ABŞ, Çin, Rusiyanında təmsil olunan 19 dövlətin nümayəndəsindən ibarət QHT komitəsinin zəmanət və tövsiyəsi əsasında verilir. Ən yüksək status dünyanın hər hansı bir regionunda və eləcə də Şərqi Avropa və Asiya regionunda BMT agentliklərinin prioritet hesab etdikləri sahələrin, davamlı inkişaf məsələlərinin təbliğ və inkişaf etdirilməsi üçün imkanlar yaradır.BMT-nin İqtisadi Sosial Şurası ECOSOC-da əsas məşvərətçi status qazanan BAMF BMT Baş Assambleyası tərəfindən çağırılan beynəlxalq konfrans və digər xüsusi iclasların iştirakçısı olmaq, komitə tərəfindən verilmiş zəmanət əsasında şifahi, həmçinin qısa yazılı bəyanatlar vermək, ECOSOC-un və onun digər orqanlarının iclaslarında iştirak üçün nümayəndələr təyin etmək, QHT-lərin maraqlı olduğu məsələlərlə bağlı katiblikdəki məmurlarla məsləhətləşmələr aparmaq səlahiyyətinə malikdir. Bunula yanaşı, bu üzvlük BAMF-a BMT-in mənzil qərərgahında istənilən vaxt beynəlxalq statuslu tədbirlər keçirməyə , müzakirələr təşkil etməyə imkan verir . BAMF müstəqil bir üzv olaraq istənilən vaxt aktual olan məsələni müzakirə predmetinə çevirərək BMT-yə üzv ölkələrinin mənzil qərərgahındakı təmsilçilərini  geniş tədbirə dəvət etmək imkanına malikdir. BAMF, ECOSOC-un əsas prioritetlərini Azərbaycanla yanaşı post sovet məkanında da davam etdirməklə davamlı inkişaf istiqamətində platformanın inkişaf etdirir.Ən yüksək status dünyanın, eləcə də Azərbaycanın maraq dairəsində olan məsələlərlə bağlı BMT-də müzakirələr zamanı vətəndaş cəmiyyəti təşkilatı olaraq həmin məsələlərə münasibət bildirmək, müvafiq səviyyədə işlər aparmaq, Azərbaycanın  maraqlarının beynəlxalq arenada güclənməsinə dəstək olmaq üçün geniş imkanlar açır. Qeyd edək ki, dünyada 31 mindən yuxarı BMT ilə əməkdaşlıq edən QHT-lərin yalnız 146 -nın ən yüksək statusla üzv olduğu bu siyahıda Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası, Beynəlxalq Rotari, BMT Assosiasiyaları üzrə Dünya Federasiyası, BMT-yə Dəstək Fondu, Dünya Müsəlmanları Liqası, Beynəlxalq Dünya Baxış, Uşaqların Xilası Beynəlxalq Təşkilatı,  Beynəlxalq Ticarət Palatası, Sosialist İnternasionalı, Dünya Veteranları Federasiyası, Əhali və İnkişaf naminə Parlamentarilərin Asiya Forumu və digər nüfuzlu təşkilatlar yer alıb. Umud Mirzəyevin sözlərinə görə bu siyahıda Azərbaycandan olan QHT-lərin sayı arta bilər. Sadəcə bu QHT-lər qarşılarına məqsəd qoymalı, yorulmadan bu istiqmətdə çalışmalıdırlar. BAMF isə öz növbəsində konsultasiya və texniki dəstək baxımından daim bu QHT-lərə yardım etməyə hazırdır. Bu istiqamətdə vətəndaş cəmiyyətinin müstəqil təmsilçisi , beynəlxalq statuslu təşkilat olmaqla BAMF-ın bütün dövlət qurumları ilə səmimi əməkdaşlıq əlaqələri və uğurlu tərəfdaşlığı da digər QHT-lərə də örnək təcrübə ola bilər. Daha sonra iştirakçılara BAMF-ın tədbir üçün xüsusi olaraq hazırladığı, ECOSOC-un Dəstək və Koordinasiya İdarəsinin QHT bölməsinin rəhbəri Mark-Andre Dorelin BMT-nin İqtisadi Sosial Şurası ilə əməkdaşlıq etmək , üzv olmaq arzusunda olan  təşkilatlara tövsiyələrinin yer aldığı video müraciət təqdim olundu. BAMF prezidentinin müavini Ramil Əzizov və köməkçisi Anastasiya Lavrina  BMT-nin İqtisadi Sosial Şurasına üzvlüklə bağlı qaydalar və şərtlərlə bağlı xüsusi təqdimatlar etdilər. Tədbirə qatılan Xarici İşlər Nazirliyinin təmsilçisi Qurban Abbaslı bu tipli tədbirin çox vacib əhəmiyyət daşıdığını, təmsil etdiyi dövlət qurumunun bu məsələyə xüsusi önəm verdiyini bildirdi. Görüşün baş tutmasına görə həm BAMF prezidenti Umud Mirzəyevə, həm də  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə minnətdarlığını bildirən Qurban Abbaslı Azərbaycan XİN-in Azərbaycanı təmsil edən və BMT-nin İqtisadi Sosial Şurasına üzv olmaq üçün potensialı olan vətəndaş cəmiyyəti təmsilçilərinin inkişaf etməsində, fəaliyyətlərinin daha da genişləndirməsində maraqlı olduqlarını bildirdi.  BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə təmsilçisi Rəşad Hüseynov isə Azərbaycanın vətəndaş cəmiyyətininin təmsilçilərinin aparıcı üzvlərinin BMT strukturları ilə əməkdaşlığını yüksək qiymətləndirdiklərini dedi. O, bildirdi ki, təmsil etdiyi qurum  Azərbaycan QHT-lərinin  BMT-nin İqtisadi Sosial Şurası ilə əməkdaşlığı istiqamətində görülən bütün fəaliyyətləri dəstəkləməyə hazırdır.
 
Toplantı daha sonra müzakirə formatında davam elədi. Tədbirdə iştirak edən "ASAN Könüllüləri" GənclərTəşkilatı İctimai Birliyi, Demokratik İslahatçı Gənclər İctimai Birliyi, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İctimai Birliyi, "Dostluq" gənclərin əlaqələndirmə mərkəzi ictimai birliyi, "Azəri Gənclər Alyansı" İctimai Birliyi, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi, Azərbaycan Respublikası “Azərbaycan RUH” Komitəsi, Əlil Təşkilatları İttifaqı (ƏTİ), "Qadın Liderliyi Uğrunda" İctimai Birliyi, Memarlıq,inşaat və Dizayn” ictimai birliyinin rəhbər və nümayəndələri BAMF təmsilçilərinə onları maraqlandıran sualları ünvanladılar.
 
 BAMF-ın mətbuat xidməti 
Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub
20:40 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
Hamısı