BAMF Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sosial roliklər hazırlayıb

Cəmiyyət 17:44 23.11.2017
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "İctimai həyatın aktual sahələrinə dair sosial çarxların hazırlanması"layihəsi çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən 3 sosial rolik hazırlanıb. BAMF-dan verilən məlumata görə, çarxlarda sujet xətləri müxtəlif olsa da, ümumi mövzu eynidir - Dağlıq Qarabağ münaqişəsi. Çarxlarının çəkilişləri zamanı və sonrakı mərhələdə bütün montaj,səsləndirmə, video çarxın qurulması kimi digər vacib işlər də yerinə yetirilmişdir.Beləliklə video çarxların qısa məzmununu sizə təqdim edirik:
 
  “Oğuz elinin Səmrası” adlı ilk video çarx əslən Oğuz rayonundan olan Səmra Əliyeva adlı gənc müəllimənin könüllü şəkildə seçim edərək, cəbhə bölgəsi rayonu Füzulidə orta məktəbdə dəsr deməyə başlamasından bəhz edir. Səmra ilk təhsili ailəsinin də yaşadığı Oğuz rayonunda, ali təhsilini isə Sumqayıt şəhərində alıb. İxtisasca biologiya müəllimi olan Səmra universitetdə rəfiqəsi olan Sevda Əliyevadan Füzulidə xüsusilə biologiya fənnini tədris edən müəllimlərin olmamasanı məlumat alır və birlikdə bu rayona getmək qərarına gəlirlər.
 
Öz ailəsi və gələcək karyerası üçün kifayət qədər ciddi qərar verən Səmra hazırda Füzulinin cəbhə xəttinə yaxın kəndlərindəki məktəblərdə, o cümlədən, son olaraq ermənilərin raket atəşi nəticəsində 2 mülki şəxsin (2 yaşlı Zəhra və nənəsi) dünyasını dəyişdiyi Alxanlı kəndində biologiya fənnindən dərs deyir. Video Səmranın timsalında vətənpərvərlik nümunəsi göstərən gənc Azərbaycanlı xanımlara həsr olunub. “Partlayışdan sağ çıxan sevgi…” adlı ikinci videonun qəhrəmanı  isə Abdulla Qurbanov Ağdam rayonunun Qarapirimli kəndindəndir. Doğma kəndi işğal olunandan sonra ailəsi ilə birlikdə Tərtər rayonunun Köçərli kəndi ərazisində məskunlaşır. O, gənc yaşlarından həyatın çətinlikləri ilə üz-üzə qalır. 9 il əvvəl Tərtərin cəbhə xəttində yerləşən Qaradağlı kənddə yaşayan xalasıgilə qonaq gedən Abdulla qonşuluqda yaşayan Nərgiz adlı qızla tanış olur. Həmin gündən iki gəncin arasında romanlara mövzu ola biləcək məhəbbət hekayəsi başlayır. Sevdiyi qızı görmək üçün Abdulla hər dəfə bir bəhanə ilə Qaradağlıya gedir. Belə səfərlərin birində, hər zamankı yolu deyil, daha kəsə yolu seçir .Minaya düşən gəncin kəllə və üz sümüyü parçalanır, ağır vəziyyətdə olan üzü cərrahiyyə əməliyyatı olunur. Üzü qismən bərpa olunsa da, o, dünya işığına həsrət qalır. Çəkdiyi əzablar qəlbindəki sevgi işığını söndürmür. Xəstəxanadan çıxdıqdan sonra Nərgizi axtarır. Nərgizin valideynləri qızlarının Abdulla ilə evlənməsinə razı olmurlar. Görüşmələrinə və telefonla əlaqə saxlamalarına icazə vermirlər. Amma onlar hər şeyə rəğmən qovuşurlar. Artıq bu sevginin bəhrəsi də var. Abdulla ilə Nərgizin 7 yaşında oğlan və 5 yaşında qız övladları var. Video da məzh hazırda Ağdamda, məcburi köçkünlər üçün salınan İmamqulubəyli qəsəbəsində yaşayan Abdulla və Nərgizin müharibənin bütün ağrı acısına  qalib gələn sevgilərinə həsr olunub.Nəhayət, sonuncu 3-cü video  “Saxtakarlığı ifşa edən abidə” adlanır. Bu video isə ermənilərin Qarabağa köçürülməsini sübut edən tarixi mənbələrdən biri “Marağa–150” abidəsi barədədir.. Tərtər rayonunun Şıxarx qəsəbəsindəki “Marağa–150” abidəsi 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edilib. XX əsrin sonlarında Ermənistanın torpaqlarımıza qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa–150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Çünki bu abidə ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin sübutu idi.1828-ci ilin fevralın 10-da Təbriz yaxınlığında yerləşən Türkmənçay kəndində Rusiya və İran arasında imzalanan müqavilədən sonra ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsinə başlandı. Təkcə 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən isə 90 min erməni Azərbaycana köçürüldü. Miqrasiya nəticəsində ermənilərin Qarabağda süni çoxaldılması sonradan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının baş qaldırması ilə nəticələndi. 1978-ci ildə “Marağa–150” abidəsinin açılışını xatırlayanlardan biri də Tərtər rayon sakini İlqar Qasımovdur. Bu barədə danışan İ.Qasımov video çəkilişi zamanı deyib: “O zaman 16 yaşım vardı. Atamla Umudlu kəndinə gedərkən ermənilərin abidənin açılışını etdiklərini gördük. Sözügedən abidə adi qırma çay daşlarından, təxminən 30 kvadratmetr sahəni əhatə edən ərazidə rəngli mozaikadan, “Qızlar bulaq başında” kompozisiyasından ibarət idi. Kompozisiyada eni 1,5 metr, hündürlüyü 3 metrədək olan əsas abidə, sağ və sol tərəflərdə mərmər sütun bulaqlar vardı. Mərmər sütunlarının birinin üzərində yuxarıdan aşağıya doğru 1828, digərinin üzərində isə 1978 rəqəmləri yazılmışdı. Abidənin bu formada şəkli mərhum akademikimiz İman Mustafayev tərəfindən lentə köçürülüb. 1988-ci ildən sonra ermənilər kobud tarixi səhv buraxdıqlarını dərk edərək, abidənin ön divarında xırda ağ rəngli çay daşları ilə yazdıqları “Marağa-150” sözünü söküb, “səhvlərini”, yəni tarixi həqiqəti yox etdilər”. Maraqlısı odur ki, analoji abidələr Xankəndi şəhərində və Tərtər rayonunun Çaylı kəndlərində də inşa olunmuşdu. Lakin ermənilərin ərazi iddiaları başlayanda bu abidələr də ermənilər tərəfindən dağıdılaraq yox edilib. Ermənilərin ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsinin qalıqları hazırda Tərtər şəhərinin bir neçə kilometrliyində yerləşən Şıxarx qəsəbəsindədir. Erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan abidə mühüm siyasi əhəmiyyətə malikdir. Bu abidənin tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq onun ətrafında abadlıq işləri aparılıb.Eyni zamanda “Marağa-150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar arxivlərdən toplanaraq, Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub. Videoda yerli sakinlərlə yanaşı Amerika Birləşmiş Ştatlarından olan siyasi analitik və araşdırmaçı jurnalist Peter Tasenin də özəl fikirlərinə geniş yer verilib. Erməni yalanını ifşa edən bu abidə haqqında video ölkəmizə səfərə gələn insanlara, o cümlədən səfirlərə, xarici mətbuat nümayəndələrinə də göstəriləcək.
 
 Videoların qarşıdakı həftələrdə ictimaiyyətə təqdim olunması və sosial şəbəkələr vasitəsilə paylaşılması nəzərdə tutulur.
 
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Hamısı