“Əxbar əl-yaum” qəzeti Misir media nümayəndələrinin Azərbaycanda keçirdikləri səmərəli görüşlərdən yazır

Cəmiyyət 16:07 10.12.2017

Misirin geniş oxucu auditoriyasına malik “Əxbar əl-yaum” qəzeti ölkənin aparıcı media nümayəndələrinin bu yaxınlarda Azərbaycana səfərinin nəticələrinə dair bir neçə məqalə dərc edib.

Beynəlxalq Avrasiya Mətbuat Fondu və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə Azərbaycanda səfərdə olmuş misirli jurnalistlər bir sıra görüşlər keçirib, ölkəmizin tarixi, dini və mədəni abidələri ilə tanış olublar. Onlar cəbhə xəttinə yaxın kəndlərə baş çəkib, işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gediblər.

akhbarelyom.akhbarelyom.com saytı xəbər verir ki, “Əxbar əl-yaum” qəzetinin baş redaktoru Rüfət Fəyyad misirli jurnalistlərin ölkəmizə səfərinin mühüm hadisələrlə yadda qaldığını yazır. Baş redaktor məqalədə bildirir ki, səfərin önəmli hadisələrindən biri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun nümayəndə heyətinin üzvləri ilə görüşü olub. Görüşdə Əli Həsənov misirli qonaqlara Azərbaycanın tarixi, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində ölkəmizin sürətli inkişafı barədə ətraflı məlumat verib. Müəllif yazır ki, Azərbaycanın İslam aləmində həmrəyliyin gücləndirilməsinə böyük önəm verdiyini bildirən Əli Həsənov tarix boyu ölkəmizdə mövcud olmuş multikultural və tolerant mühitdən danışıb, Azərbaycanın öz tolerantlıq modelini, mədəniyyətlər və sivilizasiyalararası dialoqu bütün dünyada fəal təbliğ və təşviq etməsindən söz açıb.

Baş redaktor məqaləsində Əli Həsənovun bəzi xarici dairələrin İslam həmrəyliyinin iflasa uğradığını sübut etməyə cəhd göstərdikləri barədə fikirlərinə yer ayırıb. Prezidentin köməkçisi görüşdə qeyd edib ki, Azərbaycan öz həmrəylik modelini təqdim etməklə bu cəhdləri puça çıxarır. Ölkədə təkcə müxtəlif məzhəblərin nümayəndələri deyil, həmçinin müxtəlif dinlərə mənsub insanlar qarşılıqlı anlaşma və qardaşlıq şəraitində yaşayır və fəaliyyət göstərirlər. Hər il Ramazan ayında təşkil olunan iftar süfrəsində müxtəlif dinlərin liderlərinin birlikdə iştirakı bunun bariz nümunəsidir.

Əli Həsənov Azərbaycanda digər azadlıqlarla yanaşı, etiqad azadlığının da qorunduğunu vurğulayıb, eyni zamanda, ölkəsinin bu sahədə kənar müdaxilələrə zamanında cavab verdiyini, din-dövlət münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini bildirib.

Məqalədə, həmçinin qeyd edilir ki, Misirin aparıcı qəzetlərinin baş redaktorları ilə keçirilmiş görüşdə Əli Həsənov Azərbaycanın İslam sivilizasiyasına töhfələrindən danışıb, ölkəmizin müsəlman Şərqində ilk demokratik respublika qurduğunu, dünyada qadınlara ilk səsvermə hüququ verdiyini, universitetlər, teatrlar təsis etdiyini diqqətə çatdırıb. O, sovet rejimi dövründəki çətinliklərə, məhrumiyyətlərə baxmayaraq, Azərbaycan xalqının milli kimliyini, dilini, dinini unutmadığını və öz köklərinə bağlı olduğunu bildirib.

Baş redaktor yazır ki, görüşdə müsəlman ölkələrinin mətbuat nümayəndələri arasında əməkdaşlığın vacibliyi vurğulanaraq, xalqlarımızın mədəniyyətinin və ölkələrimizin uğurlarının təbliği, problemlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından bu işbirliyinin önəmi də qeyd edilib.

Qəzetdə Misirin media nümayəndələri ilə Bakı Dövlət Universitetində (BDU) keçirilmiş görüşdən də bəhs edilir. Müəllif yazır ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin əhəmiyyətindən, bununla bağlı ölkədə, eləcə də BDU-da keçirilən tədbirlərdən danışıb. Rektor müsəlman alimlərin, o cümlədən misirli alimlərin dünya elminə verdikləri töhfələri diqqətə çatdırıb. Bakı Dövlət Universitetində şərqşünaslıq fakültəsi açılıb, ərəb dili və ədəbiyyatı sahəsində güclü məktəb formalaşıb. Bu barədə söhbət açan Abel Məhərrəmov xarici universitetlərlə, o cümlədən Misirin aparıcı elm müəssisələri ilə əlaqələrə də toxunub.

Məqalədə Azərbaycana səfər etmiş misirli jurnalistlərin də qatıldığı “İslam həmrəyliyinin gücləndirilməsində medianın rolu” mövzusunda Bakıda keçirilmiş beynəlxalq konfransın əhəmiyyətindən söhbət açılır. Beynəlxalq Avrasiya Mətbuat Fondunun və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş konfransda səsləndirilmiş fikirlərin İslam aləmi üçün aktuallığını qeyd edən müəllif çıxışlardan sitatlar gətirib. Çıxışlarda İslam həmrəyliyinin İslam ümməti üçün tarixi önəm daşıdığı, müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsinin hazırkı vəziyyətdə xüsusilə zəruri olduğu, bu istiqamətdə medianın da üzərinə mühüm vəzifələrin düşdüyü vurğulanıb.

Rüfət Fəyyad digər məqaləsində Azərbaycanda olduqları müddətdə dini ibadətgahlara, o cümlədən Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidinə baş çəkdiklərini yazır, gördükləri məzhəblərarası həmrəyliyin, vəhdətin onlarda böyük təəssürat yaratdığını bildirir.

Müəllif nümayəndə heyətinin Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmil Nuh və səfirliyin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi ilə görüşündən də söhbət açır. Səfir ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətlərdən biri kimi Misirin Azərbaycanla əlaqələrinə böyük əhəmiyyət verdiyini qeyd edib, ölkələrimiz arasında əlaqələrin çoxillik tarixə malik olduğunu vurğulayıb. Əhməd Sami əl-Aydi isə Misirlə Azərbaycan arasında təhsil və mədəniyyət əlaqələrindən söhbət açıb, rəhbərlik etdiyi Misir Təhsil və Mədəniyyət Əlaqələri Mərkəzinin bu münasibətlərin daha da dərinləşməsindəki roluna toxunub.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Hamısı