Beynəlxalq Avrasiya Mətbuat Fondu "Azərsu" ASC-nin kitabxanasının zənginləşdirilməsi ilə bağlı aksiyaya qoşulub. Fond kitabxananın zənginləşdirilməsi istiqamətində görülən işlərə töhfə verməyə hazır olduğumuzu ifadə edib.
Bu məqsədlə təşkilat nəzdində fəaliyyət göstərən “Avrasiya Press” nəşriyyatında çap olunmuş, nəşrində və hazırlanmasında bilavasitə iştirak etdiyimiz, eləcə də digər mənbələrə aid 68 adda 100 nüsxə kitab "Azərsu" ASC-nin kitabxanasına hədiyyə edilib.
Qeyd edək, “Azərsu” ASC-də yaradılmış kitabxana fondunun zənginləşdirilməsi və işçilərin bilik səviyyəsinin yüksəldilməsi məqsədi ilə Ulu Öndər Heydər Əliyevin “Xalq öz elmi ilə tanınar” şüarı altında kitab aksiyası keçirir. Bu məqsədlə öz kitabxanasını ən müxtəlif kitablarla təmin edir. BAMF da bu təşəbbüsü təqdir edərək, prosesə qoşulub.