Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yadigarlarından biri olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 98 yaşı tamam olur.
AZƏRTAC mürəkkəb və çətin, eyni zamanda, şərəfli bir yol keçib.
Agentlik fəaliyyətə başladıqdan cəmi 58 gün sonra Cümhuriyyət süquta uğradı, dövlət müstəqilliyimizi itirdik. İmperiya öz qanunlarını diktə etməyə başladı. Milli xəbər agentliyinin fəaliyyəti məhdudlaşdırıldı və onu sovet ideologiyasının ruporuna çevirdilər. Azadlıq günəşi təxminən 70 il sonra yenidən doğdu. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə AZƏRTAC da əzəli missiyasını – milli xəbər agentliyi funksiyasını yerinə yetirməyə başladı.
AZƏRTAC hər zaman Azərbaycanda baş verən prosesləri operativ və dəqiq işıqlandırır. Agentlik bütün hökümət və qeyri-hökümət təşkilatları ilə yaxından əməkdaşlıq edir.
AZƏRTAC-ın əməkdaşlıq etdiyi QHT-lərdən biri də Beynəlxalq Avrasiya Mətbuat Fondudur (BAMF). BAMF-ın tədbirlərinin, layihələrinin işıqlandırılmasına AZƏRTAC hər zaman həssas yanaşır. Agentliyin səhifələrində fondun gördüyü işlər geniş əks olunur.
Biz də Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) adından AZƏRTAC-ın 98 yaşını təbrik edirik. Ona bu şərəfli yolda uğurlar arzulayırıq.