19 İyun, Çərşənbə axşamı


“Foreign Policy News” - Azərbaycan qadınları bütün dünyaya örnəkdir

Cəmiyyət

A- A A+
Amerikanın “Foreign Policy News” xəbər portalı siyasi icmalçı Covanni Visente Romeronun “Azərbaycan qadınları müsəlman ölkələrinə və bütün dünyaya örnəkdir” sərlövhəli məqaləsini yayıb. Müəllifin bu məqələsi Niderlandın nüfuzlu Diplomat Magazine jurnalında da dərc edilib.
 
Müəllif yazır ki, bu yaxınlarda Bakıda startapların sürətlə inkişaf edən iqtisadi sisteminin aparıcı təşkilatlarından 50 sahibkarın iştirakı ilə qadınlar arasında Startup yarışı keçirilib. “TalentPort” startapından bu müsabiqənin qalibi olmuş iki qadın Azərbaycanı Parisdə keçiriləcək böyük finalda təmsil edəcək.
 
Məqalədə qeyd edilir ki, Azərbaycanın ilk korporativ sosial məsuliyyətli şirkəti “TalentPort”un fəaliyyəti tələbə və əlillərin bacarıqlarının yaxşılaşdırılması və onların etibarlı, iqtisadi cəhətdən səmərəli iş mənbəyi əldə etməsi üçün müvəqqəti iş yerlərinin açılmasına yönəlib. Bu şirkət qadın liderlərin müasir Azərbaycan cəmiyyətinə qiymətli töhfəsinin bariz nümunəsidir. (azvision.az)

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...